Azərbaycan xalqı 7 il onları idarə edəcək prezidenti seçmək üçün seçkilərə getdi. Azərbaycan xalqı ilk dəfə ölkənin bütün ərazisində səs verdi. Secki-2024.az saytı xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında çıxış edən nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, böyük əksəriyyət Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verib. Bununla da ölkədə bundan sonra həyata keçiriləcək vacib işlərin qarşısı açılıb.
Ş.Ayrım, həmçinin vurğulayıb: “Azərbaycan 30 ildir müstəqil siyasət yürüdür. Azərbaycanda seçkilər tam şəffaf keçirilib. Biz həmişə Azərbaycanın yanında olacağıq. İlham Əliyev Azərbaycan xalqından aldığı dəstəklə ölkəni daha da inkişaf etdirəcək”.