Azərbaycanda güclü zəlzələ olub - YENİLƏNİB

 Azərbaycanda güclü zəlzələ olub - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. 

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 68 km-dir.

 

xxx
 

Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:16-də baş verən zəlzələ hiss olunub.

Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.