İordaniyada kilsəyə silahlı hücum nəticəsində 7 nəfər ölüb

İordaniyanın Kərk vilayətində yerləşən kilsələrdən birində silahlı şəxslərin hücumu nəticəsində ölən və yaralananlar var.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hücum nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Atəş açanların kimliyi haqqında hələlik məlumat verilmir. Qurbanların sayının artacağı gözlənilir.