Azərbaycan dilində yaradılan “Windows”dan niyə istifadə etmirik?
09.07.2022 [13:05]
MÜŞFİQƏ
Əməliyyat sistemi kompüterin əsas proqramıdır. Əməliyyat sistemi olmadan, kompüteri açmaq belə mümkün deyil. Bu məqsədlə də, “Windows” proqramı “Microsoft” tərəfindən fərdi kompüterlər üçün hazırlanmış əməliyyat sistemidir. İlk dəfə 1983-cü ildə IBM markalı kompüterlərdə istifadə məqsədli MS-DOS üzərində işləyən qrafik istifadəçi interfeysi (GUI) olaraq bazara çıxarıldı. 80-ci illərdən bu günə qədər böyük dəyişikliklərə məruz qalan “Windows” zaman keçdikcə öz başına bir əməliyyat sisteminə çevrilib və bu gün əməliyyat sistemi bazarının 90%-nə nəzarət edir.
“Microsoft Windows”un ilk versiyası, 1985-ci ildə yaradılan 1.0 istifadəçilər tərəfindən funksional qəbul edilmədi və çox satılmadı. “Microsoft Windows” 2. isə ilk versiya ilə müqayisədə daha çox satıldı. Bunun başlıca səbəbi ofis tətbiqləri olan “Excel” və “Word” proqramlarının əməliyyat sisteminə daxil edilməsi idi. “Microsoft Windows” əsl uğurunu 1990-da “Windows” 3.0 versiyası ilə qazandı.
“Windows” əməliyyat sisteminin Azərbaycanda ən populyar versiyası “Windows” 10-dur. Bu versiyanın ötən il ölkəmiz üzrə bazar payı 57.32%-ə çatıb. Buna baxmayaraq, kompüterlərin 42 faizində hələ də “Windows 7” istifadə olunur. “Windows 7” əməliyyat sistemi 2020-ci ilin yanvarında başa çatıb. Biz bilirik ki, əməliyyat sisteminin köhnəlmiş bir versiyası yaxşı işləyə bilər, lakin əgər o, artıq dəstəklənmirsə, ona kiber hücum etmək daha asandır.
Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, əksər qonşu ölkələrdə “Windows” sistemi öz dillərində fəaliyyət göstərir. Ekspertlərin və istifadəçilərin fikrincə, əməliyyat sisteminin Azərbaycan dilində olmaması bir sıra problemlər yaradırdı. Məsələn, “Windows” əməliyyat sisteminin Azərbaycan dilində olmaması insanların kompüter öyrənməsini çətinləşdirirdi. Nəticədə onlar kompüterdən istifadəni öyrənmək üçün kurslara getməli və bunun üçün büdcə ayırmalı idilər. Axı, istifadəçilərin əksəriyyəri rus və ingilis dilində bilmir. Burada yaş kateqoriyası da xüsusi vurğulanmalıdır.
Artıq istifadəçilər asanlıqla köməkçi mətnləri oxuyaraq lazım olan bütün işləri həyata keçirə bilərlər.
Azərbaycan dilində “Windows” yaradılıb
Bu məqsədlə, hələ illər öncə Azərbaycan dilində “Windows” sistemi yaradılıb. Proqramın “XP" sisteminin hazırlanması prosesi başa çatdırılaraq istifadəçilərə təhvil verilib. Eləcə də proqramın “Vista” əməliyyat sistemi, ofis paketi, o cümlədən “Windows 10” və 11 Azərbaycan dilinə tərcümə olunub. Prosesdə yerli şirkətlərlə yanaşı, məşhur “Microsoft” şirkəti də işləyib. Proqram üzrə 1 milyona yaxın sözün tərcüməsi həyata keçirilib.
Qeyd olunub ki, Azərbaycan dilinə tərcümə olunan kompüter proqramlarının dövlət qurumlarında məcburi istifadə olunması və proqramın tətbiqində heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bir sözlə, bu prosesdə məhdudiyyət yoxdur. Kimə necə rahatdırsa, proqramlardan o cür də istifadə edə bilər. Proqramların tərcüməsində məqsəd kompüterdən Azərbaycan dilli istifadəçilərə şərait yaratmaqdır.
Bəs nə üçün bu barədə insanların məlumatı azdır? Yaxud yerli istifadəçilər azlıq təşkil edir?
IT mütəxəssisi Emin Axundov qəzetimizə açıqlamasında deyib ki, buna səbəb təbliğatın aparılmamasıdır. Onun sözlərinə görə, dövlət qurumlarında və təhsil sistemlərində istifadə ilə bağlı tələbin olmaması da buna şərait yaradır: “Hətta bir neçə tədris vəsaitinin Azərbaycan versiyası yaradıldı. Burada əməliyyatlar, düymələr öz dilimizdə aparıldı. Lakin kifayət qədər istifadəçi olmadı. Çünki bu barədə insanlarda bilgisizlik var. Düşünürəm ki, inzibati tələb və təbliğat olmalıdır ki, istifadəçilərin sayı da artsın. Əgər sizdə lisenziyalı əməliyyat sistemi varsa, pulsuz Azərbaycan dilinə çevirə bilərsiniz”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

