Azərbaycanın enerji strategiyası uğurla icra edilir
15.12.2023 [11:52]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi dostluğun, strateji tərəfdaşlığın gözəl nümunəsi idi. Sözsüz ki, ölkələr arasında diplomatik əlaqələrin inkişafı gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir, yeni əməkdaşlıq sahələrinin açılması üçün böyük imkanlar yaradır.
“Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər”. Ölkə Prezidentimizin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi bu fikir onu təsdiq edir ki, Avropanın bu gün Azərbaycan qazına böyük ehtiyacı var.
İnterkonnektorların sayı artdıqca Azərbaycanın qaz ixracı coğrafiyası da genişlənir. Prezident cənab İlham Əliyevin liderliyi ilə həyata vəsiqə alan “Cənub Qaz Dəhlizi”nin reallaşması bütövlükdə Avrasiya regionunun enerji xəritəsində mühüm dəyişiklik etdi. Bolqarıstan Prezidenti Rumen Radev də tarixi enerji dəhlizi ilə Xəzərdə hasil olunan təbii qazın Avropaya çatdırılmasını yüksək dəyərləndirərək qeyd edib ki, bu gün Serbiyada interkonnektorun açılış mərasimini edirik. Yalnız Serbiya deyil, həmçinin regionun digər ölkələri də Azərbaycandan gələn qaza, həmçinin yeddi terminala, Aralıq dənizindəki Elengi terminalına və təbii ki, Solidarity Ring təşəbbüsünə, Bolqarıstandakı Çidan adlı saxlama yerinə çıxış əldə edib. Biz hazırda Bolqarıstandakı infrastrukturu genişləndiririk və bunun sayəsində Qərbi Avropa qaz ehtiyatlarına da çıxış əldə edəcəyik. Biz bu gün sübut edirik ki, yalnız birgə səylər nəticəsində, ortaq istəyə əsasən iqtisadi inkişaf əldə edə, daha yaxşı, daha təhlükəsiz gələcəyə nail ola bilərik. Digər önəmli məsələ isə odur ki, biz infrastrukturun inkişafı nəticəsində daha böyük nailiyyətlər əldə edəcəyik.
Yeddisi Avropa ölkəsi olmaqla doqquz ölkəyə Azərbaycanın mavi yanacağının nəql olunması ölkəmizin qlobal müstəvidəki mövqelərini daha da möhkəmləndirir.
Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən“Cənub Qaz Dəhlizi” XXI əsrin ən böyük layihələrindən biri olmaqla yanaşı iştirakçı ölkələrə, bütün regiona sabitlik, təhlükəsizlik və rifah gətirir. Ölkə Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi layihəsi bundan sonra da ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19

