Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Samuxda ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib

Samuxda ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib

04.12.2023 [11:17]

 02 dekabr 2023-cü il tarixdə  “Heydər Əliyev ili” çərçivəsində Samuxda  növbəti dəfə ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilib. Aksiya Samux rayon İcra Hakimiyyətinin və YAP Samux rayon  təşkilatının birgə təşkilatçılığı ilə təşkil edilmişdir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət oldu. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

İməcilikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, sakinlər və gənclər iştirak edib.

 Aksiya çərçivəsində Samux-Kür magistiral avtomobil yolunun kənarına  1000 ədəddən artıq  həmişəyaşıl və dekorativ ağac, çinar, Eldar şamı əkildi.

Aksiyaya rayon gəncləri böyük həvəslə dəstək verirdilər. Samux Rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi   Əliyevin  və YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramovun aksiyada böyük həvəslə ağac əkmələri  aksiyada iştirak edən  gənclərə xüsusi stimul verirdi. YAP fəallarının  xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidildi  və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alındı.

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31