Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri /  Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq

 Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq

30.11.2023 [11:57]

30 noyabr 2023-cü il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və gənc partiya fəallarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “ Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq” mövzusunda dəyirmi masa keçirildi.

Əvvəlcə xalqımızın qarşısında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın  ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə  açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən danışdı.  Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını  və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu bildirdi. 

 Gündüz Bayramov, Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratmasından, ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək tənəzzüldən-inkişaf yoluna çıxarmasından söhbət açaraq, Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin  Azərbaycanın  inkişafı üçün geniş imkanlar yaratdığını, torpaqlarımızı işğaldan azad etdiyini, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-zəfərə çatdırdığını qeyd etdi.

Dəyirmi masada iştirak edən rayon ağsaqqallar şurasının sədri Gəray Bayramov çıxış edərək qeyd etdi ki, Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdı və Azərbaycanda əbədi olmasını təmin etdi.

Daha sonra dəyirmi masada iştirak edən fəal partiya üzvləri Rasim İmamquluyev, Dilarə Əsgərova çıxış edərək Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyevin tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutduğunu,  xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadaraq, xalqımızın  qəlbində özünə əbədi məhəbbət qazandığını diqqətə çatdırdılar.

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31