Sağlam təməllər əsasında qurulan Partiya
23.11.2023 [11:55]
31 il ərzində bütün sınaqlardan uğurla çıxmış, böyük və şərəfli yol keçmiş, Azərbaycan cəmiyyətində özünəməxsus aparıcı yol tutmuş Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin xalqımıza ən dəyərli siyasi mirasıdır. Artıq ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, Heydər Əliyev ideyaları əsasında tarixi təşəbbüslərə və nailiyyətlərə imza atıb. Məhz bunun nəticəsidir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nüfuzu davamlı olaraq artır. Hələ 2001-ci il 21 noyabr tarixində Ümummilli Lider Heydər Əliyev Partiyanın II Qurultayındakı çıxışında demişdir: “Partiya canlı orqanizmdir, heç kəs heç vaxt fikirləşməsin ki, bu partiyada hamı eynidir. Ola bilər, kimsə partiyaya öz şəxsi məqsədləri üçün, partiyadan istifadə etmək üçün gəlibdir. Ona görə partiya həmişə baxır, süzgəcdən keçirir, ələyir. O şəxslər ki, partiyanın tələblərinə cavab vermir, onlar bir bəhanə ilə ya özləri uzaqlaşır, yaxud da ki, partiya onlardan imtina edir. Bu barədə danışarkən mən bildirmək istəyirəm ki, bizim partiyamıza qəbul, partiyanın inkişafı çox sağlam təməllər əsasında qurulmuşdur.”
Sağlam təməllər əsasında qurulan Partiyamızın VII Qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələri müəyyən etdi. Əlbəttə ki, cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Sözügedən təyinat məhz, yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Bəli, Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai -siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Bu təyinat yüksək etimadla bərabər, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür. Yeni Azərbaycan Partiyası öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Bu gün siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi məhz YAP-ın təşəbbüsləri ilə zənginləşir.
Heç şübhəsiz ki, Partiyamızın uğurlu fəaliyyəti Azərbaycan dövlətinin bütün sahələrində əldə edilən nailiyyətlərlə də sıx şəkildə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü “Müasir, qüdrətli və zəngin Azərbaycan naminə” çağırışı özünün real təsdiqini ölkəmizin hərtərəfli və davamlı inkişafında tapır. Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti xalqımızın maraqlarını özündə əks etdirərək, Azərbaycanın siyasi - iqtisadi, mədəni potensialına əsaslanır və müasir dövrün çağırışlarına cavab verir. Dinamik və innovasiya yönümlü milli iqtisadiyyatın inkişafı, sosial, humanitar və digər sahələrdə əldə edilən böyük nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirir.
Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasını təmin etmək YAP-ın əsas amalıdır. Partiyanın xalqımızın maraqlarına söykənən fəaliyyəti ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin edir.
Partiyanın qarşısına qoyduğu məqsəd və vəzifələr öz məzmununa görə Azərbaycanın tərəqqisini təmin etməklə yanaşı, həm də gələcəyə istiqamətlənmişdir.Müasir dövrdə Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətlər əldə etməsi Prezident İlham Əliyevin güclü liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır və 44 günlük Vətən müharibəsində şanlı qələbənin əldə edilməsi bunun növbəti sübutudur. Qələbəni şərtləndirən amillər içərisində Prezident İlham Əliyevin yüksək intellekt və diplomatik məharəti, milli maraqların qorunmasında qətiyyət və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları və xarici siyasətdə nailiyyətləri mühüm rol oynamışdır.Xalq-dövlət birliyinin möhkəmlənməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin də məntiqi nəticəsi özünü parlaq şəkildə Vətən müharibəsi zamanı və ondan sonrakı dövrlərdə də özünü göstərdi. Müharibə dövründə ölkə vətəndaşları milli - etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi ki, bu da milli həmrəyliyin və vətəndaş birliyinin təcəssümü idi.
Bəli, bu gün müstəqil, suveren Azərbaycan Respublikası Heydər Əliyev tərəfindən irəli sürülmüş müstəqil dövlətin dövlətçilik, qanunun aliliyi, azərbaycançılıq, varislik və təkamül, konstruktiv əməkdaşlıq və vətəndaş həmrəyliyi, sosial ədalət kimi təməl prinsipləri əsasında yenilənir, müasirləşir və dünya birliyində mövqeləri getdikcə möhkəmlənir. Bu Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli - mənəvi dəyərləri, eyni zamanda gələcək perspektivdə YAP-ın qarşısında duran vəzifələri özündə əks etdirir.
Yarandığı vaxtdan indiyə kimi qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, dünənin, bu günün və gələcəyin partiyası olan, sağlam təməllər əsasında qurulan Yeni Azərbaycan Partiyası qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı şərəf və ləyaqətlə yerinə yetirir.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

