Dohada dolayı görüşlər...
03.07.2026 [10:44]
Atəşkəs davam edir - növbəti görüş hazırlığı...
Yaxın Şərqdə münaqişənin tam bitməsi istiqamətində gedən danışıqlarda müsbət tendensiya davam edir. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari sosial mediada bildirib ki, Dohada ABŞ-İran dolayı danışıqlarında atəşkəs memorandumu ilə bağlı məsələlər üzrə irəliləyiş əldə edilib. Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Qətər və Pakistandan olan vasitəçilər Dohada ABŞ və İran nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər və bu görüşlər zamanı İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlərdə müsbət irəliləyiş əldə olunub. Onun sözlərinə görə, tərəflər yaxın gələcəkdə müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Növbəti görüş İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimindən sonra mümkün qədər ən tez müddətdə baş tuta bilər.
Qeyd edək ki, ABŞ və İran sülh memorandumunun bütün bəndləri üzrə danışıqları davam etdirəcəklərini bildirirlər. Sülh memorandumunda hərbi əməliyyatların dayandırılması, 60 gün ərzində yekun razılaşma üzrə danışıqlar, ABŞ məhdudiyyətlərinin tədricən qaldırılması, Hörmüz boğazının açılması və İranın nüvə proqramının müzakirəsi nəzərdə tutulur.
ABŞ nümayəndə heyəti Qətər rəsmiləri ilə görüşüb
Vurğulandığı kimi, hər iki münaqişə tərəfi ayrı-ayrılıqda vasitəçilərlə görüşüblər. ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə görüşündə ölkələrinin danışıqları davam etdirməyə və İranla münaqişənin diplomatik həllini dəstəkləməyə sadiq olduğunu dilə gətiriblər. “X” sosial media paylaşımında qeyd olunub ki, “Hər iki ABŞ nümayəndəsi Qətərə minnətdarlıqlarını bildiriblər. ABŞ-ın danışıqlar prosesini davam etdirmək və hərtərəfli razılaşmaya nail olmaq üçün diplomatik səyləri dəstəkləmək öhdəliyini vurğulayıblar”.
CNN-in məlumatına görə, Vitkoff və Kuşnerin Dohada İran nümayəndələri ilə də görüşməsi planlaşdırılırdı. “Bloomberg”in məlumatına görə isə, amerikalılar Qətərdə regional liderlərlə “müsbət danışıqlar” aparıblar. Agentlik qeyd edir ki, ölkələr son hücumlardan sonra gərginliyi azaltmağa çalışdıqca İranla texniki danışıqlar irəliləyir.
Vensi təəccübləndirdi...
“İranın texniki səviyyəli danışıqları inkar etməsi Tehranın qıcıqlandırıcı ritorik taktikasıdır”. Bunu isə ABŞ-ın vitse-prezidenti C.D.Vens “The Michael Knowles Show” verilişində bildirib. “İranlılarda məni həm təəccübləndirən, həm də qıcıqlandıran bir şey var. ABŞ və İran arasında sülh müqaviləsi üzrə texniki danışıqlar aparılsa da, onların “xeyr, xeyr, sülh danışıqları yoxdur” demələridir”, - Vens bildirib. Vitse-prezident əlavə edib ki, o, bu “fars ritorik taktikasını” başa düşmür.
Qeyd edək ki, iyunun sonunda planlaşdırılan görüşlərdə İran ilə ABŞ-ın birbaşa təması da nəzərdə tutulurdu. Lakin İran tərəfi amerikalılarla heç bir görüşün planlaşdırılmadığını bildirdilər - vurğulandı ki, tərəflər Qətər vasitəçiləri ilə görüşəcəklər. “Reuters”in yaydığı məlumatda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayinin “Yaxın günlərdə Amerika tərəfi ilə heç bir səviyyədə görüş planlaşdırılmır”, - deyə bildirdiyi qeyd olunurdu.
Riayət olunmasa, müharibə qaçılmazdır...
Bu arada bəzi Qərb mətbuatı müharibənin yenidən başlanma ehtimalını istisna etmir. İyunun sonlarında ABŞ-İran arasında baş verən qısamüddətli hücumlardan sonra ABŞ Prezidenti Donald Trampın tammiqyaslı hücumlara davam etməyə meylli olduğu bildirilir, lakin yüksək vəzifəli hərbi rəsmilərlə söhbətlərdən sonra diplomatiya yolu davam etdirilib. The Wall Street Journal (WSJ) bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Tramp görüşlər zamanı ABŞ-ın danışıqlardan imtina edib İrana qarşı tammiqyaslı hücumlara davam edib-etməməsi barədə müzakirə aparıb - bəzi rəsmilər bu addımı “işin bağlanması” kimi təsvir edirlər. WSJ xəbər verir ki, o, yekun qərar vermədən köməkçilərinə yeni kütləvi zərbələrin diplomatiyanı sarsıda və Vaşinqtonun İranın nüvə proqramını ləğv etmək şansını azalda biləcəyini bildirib.
ABŞ rəsmiləri həmçinin bildiriblər ki, Tramp nüvə sazişi üçün 18 avqustadək olan son tarixdən sonra Tehranla danışıqlara açıq olacaq və daha çox vaxt verəcək. ABŞ rəsmilərinin sözlərinə görə, Tramp müntəzəm olaraq İranla bağlı görüşlər keçirir, lakin son müzakirələr çıxılmaz vəziyyətdən çıxış yolu axtarmağa işarə edir, çünki münaqişənin yenidən başlaması İran sazişinin uğursuzluğunun “gizli etirafı” olardı. Eyni zamanda, prezident açıq şəkildə danışıqların uğurlu olduğunu elan edib, lakin saziş uğursuz olarsa, zərbələrin bərpa olunması ehtimalını şərtləndirir. WSJ yazır ki, Pentaqon rəhbəri Pit Heqset və hərbi rəis Den Keyn İranın hərbi hədəflərinə kütləvi hava hücumlarının bərpası üçün variantlar təqdim etsələr də, Donald Tramp hücumları davam etdirməkdən imtina edib.
Keçmiş müşavirdən müharibə mesajı...
Trampın keçmiş müşaviri də İranla münaqişənin yeni mərhələsinə hazırlaşmağa çağırış edib. “New York Post” xəbər verir ki, Donald Trampın keçmiş müşaviri, istefada olan general-leytenant Keyt Kelloq ABŞ prezidentini amerikalıları İranla mümkün ikinci raund münaqişəsi barədə xəbərdar etməyə çağırıb. O, Tehranla danışıqların İran siyasətində dəyişikliyə səbəb olacağına şübhə ilə yanaşıb və deyib ki, ABŞ hərbi və iqtisadi tədbirlər də daxil olmaqla, təzyiqləri artırmağa hazır olmalıdır. Diplomatiya işə yaramasa, Kelloq İranın əsas neft mərkəzlərindən biri olan Xarq adasına zərbə endirməyi təklif edib.
Kelloqun fikrincə, Tramp əvvəlcə diplomatiyaya güvənməkdə haqlı idi, lakin İslam İnqilabı Keşikçiləri Korpusu əhəmiyyətli təsirini saxlayır, ona görə də Vaşinqton İranın nüvəsizləşdirilməsinə və rejimi zəiflətməyə çalışmalıdır.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22

