Türk dünyasına açılan qapı
07.11.2023 [10:53]
Noyabrın 3-də Türk Dövlətləri Təşkilatının Astanada 10-cu yubiley Zirvə görüşü keçirildi, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşünün “Türk əsri” çağırışı altında keçirilməsi diqqət çəkir, çox güman ki, təşkilat gələcək üçün vizyona türk dünyasının birləşmiş ilmələrini gətirməkdən ötrü səylərini təkmilləşdirəcək. TDT çalışır ki, qlobal məkanda hökmran ideologiyalara alternativ yaratsın. Bunu tədbirin adından tutmuş, təşkilatın missiyasına qədər geniş aspektrli planlarda görmək elə də çətin deyil. TDT-nin alternativ güc olmaq yolundakı təməlini alternativ ideoloji xətt təşkil edir, yəni bazisdir. Enerji və iqtisadiyyat sahəsindəki əməkdaşlıq, təhlükəsizlik mühitindəki vahid meyarların formalaşdırılması isə bazanın üzərində inşa edilir. İnşa edilən sütunlar Türk Dövlətləri Təşkilatına beynəlxalq səviyyəli çəki qazandırır. Nəzərə almaq lazımdır ki, Astana Zirvəsi TDT-nin perspektiv qlobal layihələndirmələrdə uyğun mövqedə qərarlaşması üçün düsturların yoxlanılması baxımından əhəmiyyətli idi.
Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə qəbul olunan Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi türk düyası üçün önəm daşıyan sənəddir. Əlbəttə ki, türk dövlətləri prezidentlərini bir arada görmək hər bir türkü qürurlandırır. Türk dövlət rəhbərlərinin Astanada toplanması və birgə şəkil çəkdirmələri gözlədiyimiz tablo idi. Elə Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü məhz bu birliyə xidmət edən tədbir idi. Bu, həm də türk dövlətlərinin dünyaya verdiyi həmrəylik mesajıdır.
Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsinə hər zaman öz töhfəsini verir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının Azərbaycanda da zirvə görüşləri keçirilib. Prezident İlham Əliyevin dediyi kimi, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının ilk zirvə görüşü 1992-ci ildə Ankarada keçirlib. 2009-cu ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib. Prezidentlər IX zirvə görüşünün yekunu olaraq Naxçıvan bəyannaməsini imzalamışdılar. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq, türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Türk dünyasına açılan qapının açarı, sadəcə, Azərbaycandır. Həmçinin bu qapının olduğu yer də Azərbaycandır. Məhz bu səbəbdən Azərbaycan da Türk Dövlətləri Təşkilatının toplantılarına ev sahibliyi etmişdir.
Zirvə görüşündə diqqət çəkən mühüm məsələlərdən biri də qardaş Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğanın çıxışında səsləndirdiyi mesaj idi. O çıxışında deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Xəttin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatması üçün biz Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik. Qardaş ölkənin prezidentinin səsləndirdiyi bu fikir həm Cənubi Qafqaz regionu, həm də türk dövlətləri üçün tarixi əhəmiyyətə malikdir. Nümayiş olunan bu dəstək isə ölkələrim arasında mövcud olan dostluq, qardaşlıq və stretji tərəfdaşlıq əlaqələrinin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

