İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi
06.11.2023 [12:38]
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Bu, bizim böyük dəyərimizdir. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi.
Müharibədən çıxmış ölkə olmağımıza rəğmən Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf edir, çiçəklənir. İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün Azərbaycanın təşəbbüsü ilə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlığımıza nə qədər böyük fayda gətirib deyə dövlət başçısı çıxışı zamanı qeyd edib.
Zəfər günündəki çıxışında Müzəffər Ali Baş Komandan ölkəmizin Avropa ölkələri, beynəlxalq təşkilatlarla etdiyimiz əməkdaşlıqlar haqqında da xalqımıza geniş informasiya verib. ”Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır. Aparıcı-beynəlxalq təşkilatlar - BMT, ATƏT, Avropa İttifaqı bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda siyasi-iqtisadi sabitlik hökm sürmüşdür. Xalq-hakimiyyət birliyi ən yüksək səviyyədə nümayiş olunmuşdur. 27 sentyabr səhər saatlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatlara görə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkə üzrə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq olunmuşdur. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi.Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Bütün bunlar bir daha sübut edir ki, bu gün dövlətimizə dahi bir insan rəhbərlik edir. Onun səyləri nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, güclənir. Qazanılan Şanlı Qələbə, əldə edilən uğurlar ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub və hər birimiz öz Prezidentimizlə fəxr edirik..
Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.
Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, nə qədər vətənpərvər xalqdır. 30 ilin əziyyəti, əzabları xalqımızı sındırmadı. II Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda böyük şücaət göstərdilər.
Azərbaycan xalqı son iki əsrlik tarixdə ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, ordusunun gücünü nümayiş etdirdi. Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir. Ermənistan höküməti razılaşsa bu imzalanacaq. Ermənistan Azərbaycan hökümətinin şərtlərini qəbul etməsə imzalanmayacaq. Ermənistan bundan əlavə müharibə dövründə vəhşiliklə yadda qaldı.
Beləliklə, böyük qələbəmizin təcəssümü olan Zəfər günü təqvimdə xoş bir gün oldu. Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17

