“Azərbaycan son 20 ildə” tədbiri keçirilib
13.10.2023 [18:45]
13 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının fəaliyyətinə həsr edilmiş “Azərbaycan son 20 ildə” tədbiri keçirilib.
Tədbir öncə Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla başladı.
Sonra Azərbaycan Respublikası Dövlət Himni səsləndirildi.
Daha sonra Azərbaycan Respublikası Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının 20 illik fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.
Rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən gənc partiya üzvləri, ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayon ictimaiyyətinin nümayəndələrinin və çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirdi: “Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı”.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da tədbirdə çıxış edərək: “Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 ilə nəzər salsaq, respublikamızın bütün sahələrdə xüsusilə də dövlət idarəçiliyində əldə etdiyi uğurlar, sosial-iqtisadi nailiyyətlər göz qabağındadır. Öz gündəlik həyatında bu dinamik inkişafı hiss edən Azərbaycan vətəndaşlarının mövcud siyasi kursa inamı və etimadı günü-gündən möhkəmlənir. Xalqımız yeganə güvənci və sabahının təminatı kimi baxdığı bu siyasi kursu birmənalı dəstəkləyir və alternativsiz seçim ünvanı kimi qəbul edir”.
Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov son 20 ildə möhtərəm cənab Prezident İlham Əliyev rəhbərliyi altında təhsilə və tədrisə ayrılan diqqət sayəsində müasir çağırışlara cavab verən ali təhsil ocaqları fəaliyyət göstərdiyini və Azərbaycanda hazırda bütün sahələrdə, xüsusilə təhsil sahəsində aparılan islahatların bunun bariz nümunəsi olduğu qeyd edilir.
Daha sonra ADNSU Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev çıxış edərək: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatı xalqımız üçün Vətən müharibəsinə çevrildi və rəşadətli Ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu “məğlubedilməz” ordunu və “keçilməz” istehkamları ildırım sürəti ilə darmadağın edərək böyük Zəfərə imza atdı.”
Tədbirin sonunda partiya sıralarına yeni daxil olan bir qrup yeni üzvə partiya vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

