Qoşulmama Hərəkatı yeni bir mərhələyə qədəm qoyub
10.07.2023 [12:46]
Qoşulmama Hərəkatı dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına Azərbaycan 2011-ci ildən üzv olmuşdur. Azərbaycan bütün bu müddət ərzində Təşkilatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə Hərəkata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etmiş, Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab vermişdir. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılmışdır.
Cari ilin iyul ayının 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü keçirilib.
Cənab İlham Əliyevin tədbirdəki çıxışı dünyanı narahat edən məsələlərin müzakirəsi və çıxış yollarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Cənab Prezident vurğuladı ki, yeni reallıqlar dünya düzəninin yenidən formalaşdırılmasını bir tələbə çevirir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır.
Qoşulmama Hərəkatının yenidən formalaşan dünya nizamında öz yerini tapmalı olduğunu diqqətə çatdıran cənab İlham Əliyev qeyd etmişdir ki, “Biz “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsimizi ucaltmalıyıq. Hərəkatımızın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir.
Ermənistan tərəfindən ərazisi işğala məruz qalan Azərbaycan 30 ilə yaxın müddətdə daim diplomatik təmkin nümayiş etdirirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı, lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ildə BMT – nin qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərini qeyd – şərtsiz tərk etmələri haqqında 822, 853, 874, 884 saylı qətnaməsinə məhəl qoymayaraq, işğal etdikləri ərazilərdə mühəndis – istehkam qurğuları qurmaqla Azərbaycana aşkar şəkildə meydan oxuyaraq yeni müharibə, yeni ərazilər şüarını səsləndirmələri Azərbaycana hərbi yolu seçməkdən başqa ikinci bir seçim imkanı qoymadı. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün 2020-ci ildə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalması faktı özü də BMT Təhlükəsizlik Şurasının səmərəsizliyindən xəbər verir.
Qeyd etmək lazımdır ki, Məsələ bundadır ki, bu qurumun bəzi qətnamələri bir neçə günün içində icra olunurlar. Lakin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır.
Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrliyi ilə təşkilat sürətli şəkildə inkişaf edib. Azərbaycanın fəaliyyəti və göstərdiyi səylər beynəlxalq nüfuza malik olmasını əks etdirir. Bu gün göstərilən səylər və görülən işlər ölkəmizin dünya miqyasında aparıcı dövlət olmasından irəli gəlir. Hərəkatın sədri, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlər dünyanın beyin mərkəzləri və güclü dövlətlər tərəfindən də rəğbətlə qarşılanır. Əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub.
Varis Rüstəmov
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:46
Gündəm
15 May 14:40
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33

