Vüsar İsmayılov: “Prezident İlham Əliyevin çıxışları qlobal çağırışdır”
10.07.2023 [10:59]
“Prezident İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışı bir sıra qlobal məsələlərin həlli istiqamətində əhəmiyyət daşıyan, eləcə də regional təhlükəsizlik amillərini şərtləndirən məqamlarla yadda qaldı. Dövlətimizin başçısı bütün çıxışlarında olduğu kimi, dünyanın ikinci ən böyük beynəlxalq təsisatının zirvə görüşündə çıxışı qətiyyətli olmaqla yanaşı, həm də bir sıra dövlətlərə mesaj idi. Azərbaycanın istənilən məsələdə prinsipial mövqeyi və obyektiv yanaşması dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müstəqil xarici siyasət kursunun təzahürü olmaqla yanaşı, həmçinin ədalətli davranışının göstəricisidir”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə dövlətimiz öz qüdrəti və siyasi iradəsi ilə dünyada yüksək nüfuza malikdir. Bu beynəlxalq siyasi imic ölkə Prezidentinin müdirk və uzaqgörən siyasi kursu ilə yanaşı, eyni zamanda dərin diplomatik təcrübəsi və şəxsi nüfuzu ilə sıx bağlıdır. Bu mövqe beynəlxalq təşkilatlardakı təmsilçiliyimizdə özünü aydın şəkildə büruzə verir. Bir sözlə, Azərbaycana göstərilən münasibət yüksək beynəlxalq etimadın rəmzidir. Rayon təşkilatının sədrinin sözlərinə əsasən Azərbaycanın Qoşulmama Hərəkatında yüksək səviyyəli və peşəkar sədrliyi deyilənlərə əyani sübutdur. Qoşulmama Hərəkatına sədrlik etməsi üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi və ölkəmizin uğurlu sədrliyi ən mühüm beynəlxalq uğurlarımızdan biridir.
Azərbaycan ona göstərilən etimadı hər zaman doğruldaraq bir sıra ölkələrin sosial problemlərinin həllində də yaxından iştirak edərək xüsusi təşəbbüskarlıq göstərmişdir. Xüsusilə Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyətin COVID-19 pandemiyası ilə gərgin mübarizə apardığı bir vəziyyətdə ölkəmiz dövlət başçısı İlham Əliyevin səyləri ilə misli görünməmiş çağırışlarla çıxış etdi, mübarizədə qlobal səylərin birləşdirilməsinin vacibliyini önə çəkdi. Beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq postpandemiya dövrü haqqında düşünməli olduq və ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioritetinə çevrildi. Sözsüz ki, ölkəmizin bu qlobal məsələyə belə həssaslıqla yanaşması bizə olan etimad və etibarın daha da artmasına gətirib çıxardı. Azərbaycan bu dəfə də beynəlxalq humanizm missiyasını öz üzərinə götürərək bu işdə fəallıq göstərdi, insanlığın və ümumilikdə bəşəriyyətin bu bəladan xilas olması yolunda əzmkarlıqla çalışdı. Azərbaycanın bu addımları, eyni zamanda digər ölkələrə qlobal bir çağırışdır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov onu da vurğuladı ki, BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Bu missiya indiki vəziyyətdə çox vacibdir. Qoşulmama Hərəkatı dünyadakı problemlərin həllində uğurlu platforma ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:46
Gündəm
15 May 14:40
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33

