Samuxda Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib
28.04.2023 [13:07]
28 aprel 2023-cü il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin, səhiyyə işçilərinin və partiya fəallarının iştirakı ilə akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Akademik Zərifə xanım Əliyeva bu gün milyonlarla insanın qəlbində yaşayır” mövzusunda tədbir keçirildi. Əvvəlcə ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Sonra tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov diqqətə çatdırdı ki, dövlət başçısı İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyi geniş şəkildə qeyd olunur.
Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Ölkəmizdə XX əsrin birinci yarısına qədər daha çox terapiya və cərrahiyyə sahələrinin inkişaf etdiyini vurğulayan Gündüz Bayramov məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini diqqətə çatdırdı.
Gündüz Bayramov, Zərifə xanım Əliyevanın həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunduğunu, alimin çoxcəhətli fəaliyyətinin ölkəmizdə hər zaman yüksək qiymətləndirildiyini vurğuladı. Zərifə xanım Əliyevanın Əməkdar elm xadimi adına, "Qırmızı əmək bayrağı" ordeninə layiq görüldüyünü o zaman üçün əlçatmaz sayılan "Averbax" mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etdiyini diqqətə çatdırdı.
Daha sonra tədbirdə iştirak edən ərazi partiya təşkilat sədrləri İlham Həsənov, Ağca Atai, Təhminə Əliyeva və partiya fəallarından Şəlalə Tağıyeva, Zərifə Məmmədova 2023-cü ilin xalqımız üçün əhəmiyyətli dövr olduğunu qeyd edərək, bu il tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bərabər, onun ömür-gün yoldaşı, dahi şəxsiyyət, görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğuladılar. Akademikin şəxsi keyfiyyətləri, humanistliyi ilə seçilən peşəsi haqqında ətraflı bəhs edən natiqlər, Zərifə Əliyevanın oftalmologiya sahəsində həm praktik-həkim kimi çalışdığını, həm də uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə respublikamız üçün real problem olan gözlərin traxoma xəstəliyi ilə yaxından maraqlandığını, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini bildirdilər.
Görkəmli alimin ictimai fəaliyyətinin bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsinə qaldırıldığını, inkişaf etdirildiyini diqqətə çatdırdılar.
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

