Ölkəmizin haqlı mövqeyi Münhendə qətiyyətlə müdafiə edildi
21.02.2023 [11:33]
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclas tarixdə bir ilk olaraq yaddaşlarda qaldı. Çünki tarixdə ilk dəfə olaraq Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri bir platformada görüşürdülər. Bu görüşdə əsas istiqamət Azərbayan və Ermənistan münasibətlərinin normallaşdırılması idi. Baxmayaraq ki, Ermənistanın baş naziri bu dəfə də əsassız fikirlər səsləndirməyə çalışır və bununla da konstruktivlikdən uzaq olduğunu sərgiləyirdi. Plenar iclasda Prezident cənab İlham Əliyev bir daha Azərbaycanın haqlı mövqedə olduğunu, öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə apardığını bəyan etdi. Azərbaycan hər zaman sülh tərəfdarı olub. Hətta torpaqlarımız işğalda olan 30 ilə yaxın müddətdə də Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Lakin Ermənistan vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını da qane edirdi. Nəticədə isə Azərbaycan ədaləti güc vasitəsilə bərpa etməyə məcbur oldu. Buna BMT Nizamnaməsinin 51-ci maddəsi də əsas verir.
Görüşdə Prezident İlham Əliyev bildirdi ki, apardığımız müharibənin məqsədi torpaq işğal etmək deyildi. Ona görə də bir nəfər əsgərimiz belə döyüş meydanını tərk etmədi. 44 gün ərzində şəhər və kəndlərimiz “İsgəndər” raketləri ilə atəşə tutulduğunda belə heç kəs döyüş meydanını tərk etmədi. Azərbaycanda yüksək vətənpərvər ruhlu yeni nəsil yetişib. O yeni nəsil ki, Ermənistan o torpaqları işğal etdikdə hələ anadan olmadıqları üçün heç zaman görmədikləri torpaqlara qayıdıb həmin torpaqları işğaldan azad etdilər. Azərbaycan Ordusunda bir nəfər belə hərbi əməliyyatlardan yayınmadı. 44 günlük müharibə zamanı Ermənistanda isə fərarilərin sayı 11 minə çatmışdı. Bu ona görə baş verdi ki, onların apardığı müharibə işğalçı müharibə idi.
Prezident İlham Əliyev həm plenar iclasda, həm də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüşdə ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edərək Azərbaycan həqiqətlərini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Üçtərəfli görüşdən sonra televiziya kanallarına verdiyi müsahibəsində ölkə başçısı Azərbaycanın İrandakı diplomatik nümayəndəliyində baş vermiş hadisələrə münasibət bildirərkən bu hadisəni terror aktı olaraq qiymətləndirdi. İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmiş və ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verilmişdir. Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan səfirliyimizdə baş vermiş məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edir. İran hökuməti şəffaf istintaq aparmalı, Azərbaycana bu barədə məlumat verilməli və terrorçu cəzalandırılmalıdır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

