Ölkəmizin beynəlxalq müstəvidə nüfuzu və mövqeyi daha da möhkəmlənib
21.02.2023 [11:28]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
İlk öncə qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər, mətbuat orqanlarına müsahibələri və müxtəlif mövzular ətrafında plenar iclaslarda iştirakı ölkəmizin Beynəlxalq müstəvidə artan nüfuzunun, həmçinin Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilir.
Qeyd edək ki, "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclas Azərbaycan regionda yaratdığı yeni reallıqlara bir daha aydınlıq gətirmiş oldu. Bu gün Azərbaycan müstəqil, balanslaşdırılmış siyasət yürüdən dövlət kimi dünya siyasi arenasında xüsusi çəkiyə malik olan ölkədir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlərə imza atır və şərəfli bir tarixi dövrünü yaşayır.
Ölkə Prezidenti cənab İlham Əliyev plenar iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, Dağlıq Qarabağ sözünün qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. Xüsusilə qeyd etdək ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır və Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin müddüalarından biri də Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasıdır ki, Ermənistan tərəfi hələ də bu öhdəliyi yerinə yetirməyib və Ermənistanın siyasi rəhbərliyinin bu qərəzli mövqeyi öz ölkəsini və xalqını uçuruma aparmaqdadır.
Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi Qarabağ münaqişəsi tarixə qovuşub. Bu gün danışıqlar masasında hər hansı statusdan söhbət getmir və Qarabağ ermənilərinə heç bir status verilməyəcək.
Xüsusilə vurğulamaq lazımdır ki, prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir.
Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

