Davos Forumu ölkəmizlə münasibətlər qurmaq istəyənlər üçün fürsətlər yaradır
24.01.2023 [11:15]
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu dövlət başçılarının, nüfuzlu iş adamlarının, görkəmli elm xadimlərinin iştirakı ilə ölkələrin öz imkanlarını təqdim etməsi baxımından əlverişli bir tədbirdir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da qoşulduğu builki Forumda dünyanın 130 ölkəsindən 2700-dən çox iş adamı, elm xadimi və 52 ölkədən dövlət və hökumət başçıları iştirak edirdilər.
Azərbaycan Dünya İqtisadi Forumuna ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə qatılmışdır. Uzun müddətdir ki, Azərbaycan bu forumda aktiv dövlət və tərəfdaş kimi iştirak edir. Bir çox qlobal məsələlərin həlləri üzrə müzakirələrə qoşulur. Dövlətimizin başçısı Forumda mütəmadi olaraq dünyanı narahat edən qlobal səviyyəli mühüm məsələlərin həlli üzrə təşkil olunmuş müzakirələrdə iştirak edir, ideyalarını səsləndirir və öz töhfəsini verir.
Bu Forumun vacib məqamlarından biri ondan ibarətdir ki, burada Azərbaycanın tam iqtisadi və siyasi imkanları nümayiş etdirilir. Əminliklə deyə bilərik ki, Dünya İqtisadi Forumunun bu toplantısında da Azərbaycan qlobal məsələlərin həlli naminə yeni imkanlarını ortaya qoyacaq. Bu məqsədlə dövlətimizin başçısının Davosda yüksək səviyyəli böyük iş adamları və biznes rəhbərləri, həmçinin konfrans nümayəndələri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, Prezident İlham Əliyev Forumun dünya siyasətinə, beynəlxalq və digər iqtisadi münasibətlərə çox ciddi təsirə malik olmasından istifadə edərək ölkəmizin həyata keçirdiyi nəqliyyat və enerji layihələri barədə, Avropa üçün enerji təhlükəsizliyini təmin edə biləcək etibarlı və dayanıqlı tərəfdaş kimi dünya liderləri ilə müzakirələr aparır, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu səbəbdəndir ki, belə platformalarda Azərbaycana olan marağın ildən-ilə yüksəlməsinin şahidi oluruq.
Azərbaycanın böyük Qələbəsindən sonra bölgədə yaranmış yeni iqtisadi və siyasi münasibətlər fonunda ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər üçün imkanlar yaranıb. Dünyadakı böyük şirkətlər işğaldan azad olunmuş ərazilərə sərmayələrin qoyulması baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Çünki həmin şirkətlər Azərbaycanın timsalında etibarlı tərəfdaş və yeni imkanlar əldə edəcəklər. Təbii ki, bu münasibətlər, keçirilən görüşlər, baş tutan danışıqlar Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, ölkəmizlə yeni iqtisadi münasibətlər qurmaq istəyən tərəfdaşlar üçün yeni imkanlar yaradacaq.
Qeyd edək ki, Azərbaycan iqtisadi və siyasi münasibətlərə hər zaman hazırdır. Əlbəttə ki, dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın maraqlarını təmin etmək və etibarlı tərəfdaş kimi təqdim etmək baxımından ölkəmizə yeniliklər gətirəcək.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

