Azərabaycanın Davos iqtisadi forumunda göstəriciləri ilə növbəti dəfə seçilirdi
24.01.2023 [09:39]
Demək olar ki, 1971-ci ildən etibarən hər il baş tutan Davos iqtisadi forumu bir çox inkişafı etmiş və inkişaf etməkdə olan ölkələri bir araya gətirir.
Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev ilk dəfə Dünya İqtisadi Forumunun “Qlobal güc balansında yerdəyişmələr” başlıqlı illik görüşündə 2007-ci ildə iştirak edib Bu Forumda Prezident İlham Əliyev cənablarının “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusundakı çıxışı bütün iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən enerji layihələrinin bütün dünya üçün əhəmiyyətini əsaslandırmaqla Azərbaycanın regionun enerji təhlükəsizliyində necə böyük rola malik olmasını sübut edib. Bu günlərdə yaşanan enerji böhranı və Azərbaycanın bu istiqamətdə verdiyi töhfələr bunu yenidən gündəm mövzusu olduğunu deməyə əsas verir.
Qeyd etmək lazımdır ki, Dünya İqtisadi Forumunun əsas istiqamətlərindən birini də dünyəvi əhəmiyyət kəsb edən problemlərin araşdırılması, monitorinqi və həllinə dair tədqiqatların aparılması təşkil edir. Bu baxımdan müvafiq reytinq cədvəllərinin hazırlanması və yayılması xüsusi vurğulanmalıdır. Forumun tədqiqatçıları tərəfindən hər il ölkələr üzrə aparılan qlobal tədqiqatların nəticələrinə dair çoxünsürlü indeksləri özündə ehtiva edən nəşrləri göstərmək olar. Bunlara qlobal rəqabətqabiliyyətlilikindeksini, insan kapitalı üzrə dünya ölkələrinin reytinq indeksini, qlobal risklərin təhlilini, ölkələrin beynəlxalq ticarətə cəlb olunma indeksini və digərlərini aid etmək olar. Bu araşdırmalar arasında qlobal rəqabətqabiliyyətlilikindeksi üzərində xüsusi dayanmaq istərdim. Çox önəmlidir ki, 2017-2018-ci illər üzrə rəqabətqabiliyyətlilik reytinqində ölkəmiz bu göstəricinin monitorinqi ilə əhatə olunmuş 137 ölkə arasında kifayət qədər uğurlu sayılmalı olan 35-ci yeri tutur. Əslində isə indeks balı səviyyəsinə görə Azərbaycan 32-ci yerdə qərarlaşmış Tailand ilə eyni bala (4,7) malikdir. Bu göstərici üzrə Azərbaycan Polşa (39-cu yer), Litva (41-ci yer), İtaliya (48-ci yer), Bolqarıstan (49-cu yer), Türkiyə (53-cü yer), Latviya (54-cü yer), Qazaxıstan (57-ci yer), Macarıstan (60-cı yer) kimi ölkələrdən yüksək səviyyədə yer tutub.
Biz qonşularımız olan Gürcüstanı (67-ci yer), İranı (69-cu yer) və Ermənistanı (73-cü yer) çox geridə qoymuşuq. Bir faktı da göstərmək yerinə düşər ki, bu reytinq səviyyəsinə görə Azərbaycan böyük həcmdə neft-qaz istehsalına malik ölkələrin də bir çoxunu qabaqlayıb. Belə ki, bu göstərici üzrə Rusiya 38-ci, Bəhreyn 44-cü, Küveyt 53-cü, Oman 62-ci, İran 69-cu, Venesuela 127-ci yerdədir. Bu fakt özü də ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların bariz nümunəsi hesab edilə bilər. Rəqabətqabiliyyətlilik göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yerdə qərarlaşıb.
Sonuncu illik iqtisadi forumda əsas toxunulan məsələlərdən biri də Orta Dəhliz layihəsi idi. Qərbdən Şərqə və Şimaldan Cənuba geniş coğrafiyada yeni marşrutlar yaradan layihələrin təşəbbüskarı və həyata keçirilməsi ilə Azərbaycan regionu nəqliyyat kommunikasiyaları şəbəkəsi ilə əhatə etmişdir. Görülən işlərin zəruriliyini, məqsədəuyğunluğunu və vaxtında olduğunu zaman və reallıq sübut edir ki, bu gün bir çox ölkələr Azərbaycanın təşəbbüsü ilə açılan yollara diqqət yönəldir. Xüsusi ilə də Türk dövlətləri arasında ticarət əməkdaşlığının dərinləşdirilməsi üçün tarixi İpək Yolunun bərpası önəmlidir. Məhsulların Xəzər dənizi vasitəsilə tranzitini nəzərdə tutan “Orta Dəhliz” bugünkü reallıqlardaxüsusi əhəmiyyət kəsb edir. Dünyada ticarət əməliyyatlarının əsas hissəsinin Asiya ilə Avropa arasında həyata keçirildiyini nəzərə alsaq, Azərbaycanın qardaş və dost ölkələrlə “Orta Dəhliz”in səmərəliliyinin artırılmasınayönəlmiş birgə fəaliyyətinin strateji miqyasını təsəvvür etmək çətin deyil.
Son 19 il ərzində əhalimiz 1,9 milyon nəfər artıb və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Son 19 ildə respublikamızda iqtisadiyyatın davamlı olaraq genişlənməsi fonunda insanların əmək bazarına çıxış imkanlarının artması, məşğulluq səviyyəsinin yüksəlməsi davamlı prosesə çevrilib. Hazırda Azərbaycan dünya üzrə işsizliyin ən aşağı səviyyədə olduğu ölkələr sırasında yer alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ay ərzində işsizliyin səviyyəsi 5.88%-dən 5.78%-ə qədər azalıb. Məlumatda qeyd edilir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 334.3 min nəfərdir və onların 5 milyon 026.1 min nəfərini məşğul əhali təşkil edir. Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903.5 min nəfər, qeyri-dövlət sektorunda isə 802.5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30.9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 675.1 min nəfər çalışıb.
Abbas Pənahov
YAP Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

