Ramil Orucov: Qərbi Azərbaycana qayıdış konsepsiyası uğurla həyata keçiriləcək
30.12.2022 [12:58]
Azərbaycanın haqq savaşından, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin qarşıya qoyduğu əsas prioritet məsələ Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı təmin etmək, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq olub.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi, vaxtilə yurdundan deportasiya edilən yüz minlərlə Qərbi Azərbaycandan olan soydaşımız da tarixi torpaqlarına qovuşacaqlar: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Zaman-zaman “dənizdən-dənizə” böyük imperiya yaratmaq xəyalı ilə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdən erməni millətçiləri soydaşlarımızı kütləvi qətl və qırğınlara məruz qoyaraq öz tarixi torpaqlarından, indi Ermənistan adlanan ərazilərdən didərgin salıblar. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində xalqımızın taleyinə faciələr yazılıb. 1920-ci ildə, 1948-1953-cü illərdə, 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəlində erməni işğalçıları min bir fitnə-fəsadla Zəngəzura və Azərbaycanın bir sıra digər tarixi torpaqlarına yiyələnib, Qərbi azərbaycanlıları deportasiyaya məruz qoyublar. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu qanunsuz olaraq əzəli torpaqlarımız İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən erməni millətçilərini diz çökdürdü, məğlub etdi.
Dekabrın 24-də dövlətimizin başçısı Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündə mühüm mesajlar verdi: “Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz”. Ölkə Başçımızın bu sözləri xalqımıza daha bir xoş müjdə idi, soydaşlarımızın tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə idi.
Ramil Orucov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” sayəsində Azərbaycan dövlətinin qazandığı parlaq Zəfər xalqımızda xoş gələcəyə, parlaq sabaha inam, əminlik yaradab. Bu gün 30 il ərzində erməni vandallarının viranəyə çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa, quruculuq işləri gedir, doğma el-obalarından didərgin düşmüş soydaşlarımızın ata-baba yurdlarına qayıdışı prosesi həyata keçirilir.
Dəfələrlə deportasiyaya məruz qalan Qərbi Azərbaycandan olan soydaşlarımızın zorla qovulduqları dədə-baba yurdlarına qayıdacaqları gün də uzaqda deyil. Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı Prezident cənab İlham Əliyev bir daha qətiyyətlə qeyd etdi ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq, bəlkə də, tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır.
Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə Qərbi Azərbaycana qayıdış prosesi də reallığa çevriləcək, qərbi azərbaycanlıların pozulan hüquqları bərpa ediləcək – deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

