Dünya azərbaycanlıları bir amal ətrafında birləşdi
12.12.2022 [15:53]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü xilaskarlıqla yanaşı, quruculuq missiyası ilə də xarakterizə edilir. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan ən çətin dövrünü yaşayan zaman xalq öz xilaskarını axtardı. Xalqımız əmin idi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün çətinliklər dəf ediləcək, Azərbaycan inkişaf, tərəqqi dövrünə qədəm qoyacaq. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bugünkü inkişafın əsasını qoydu.
Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan öz dövlətçilik tarixinin yeni və şərəfli bir erasına daxil oldu. Onun xidmətləri sayəsində dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Ümummilli Lider bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün bütün dünya azərbaycanlılarından bir amal, ideya-azərbaycançılıq ətrafında sıx birləşmək tələb olunur. Dahi şəxsiyyət hər zaman dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində səylər göstərib. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğunun dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Ümummilli Lider dünyanın ayrı-ayrı ölkələrində dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə nail olduqdan sonra onların vahid mərkəzdən idarə edilməsi üçün Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 2001-ci ildə keçirilən birinci qurultay bu birliyi, həmryliyi daha da möhkəmləndirdi, Azərbaycanın daha da qüdrətlənməsi naminə davamlı töhfələr verməyə çağırış oldu. Bu günümüzün qürurverici hadisələri sırasında bu mühüm məqamı xüsusi qeyd edirik ki, Dünya Azərbaycanlıları Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada bir araya gələrək postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsinə dəstəklərini müzakirə etdilər. Tarixi Zəfərimizdə, birliyimizin, həmrəyliyimizin rolu inkaredilməzdir.
Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Dahi şəxsiyyət Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzuladı və uğurlu siyasəti ilə bu istəyinə nail oldu. Azərbaycan, eyni zamanda, qalibiyyəti ilə dünyanın diqqətindədir. Qalib ölkənin vətəndaşı olaraq hər birimiz bu uğurlarımızla qürur duyuruq.
Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycan xalqının yaddaşında qurucu və müdrik dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq, xalqımızın dünyanın xoşbəxt xalqları sırasında tutduğu yeri daha da möhkəmləndirəcək.
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30

