Ulu öndər Heydər Əliyevin adı qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır
12.12.2022 [12:07]
Bu gün bütün Azərbaycanın hər yerində dövlətimizin qurucusu və memarı Heydər Əliyevin anım günü keçirilir, onun xalqımızın, dövlətimizin qarşısında xidmətləri bir daha anılır və Heydər Əliyevə xalqın dərin hörməti, ehtiramı ifadə olunur. Bu bir həqiqətdir ki, tarix şəxsiyyətləri ilə tarix olur. Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə ümummilli lider Heydər Əliyevin adı çəkilir. Ulu Öndər H.Əliyev istər keçmiş Sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi-sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələr fəth etməsinə böyük zəmin yaratmışdır.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə ölkəyə səriştəsiz, idarəçilik qabilliyyəti olmayan şəxslərin rəhbərlik etməsi, ölkəni fəlakətə, uçuruma aparırdı. Lakin xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu bəlaların qarşısını aldı. Onun uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmaz oldu. Heydər Əliyev Azərbaycanın tarixində dönüş edən, onu parçalanmaqdan qoruyaraq uğurlu yola çıxaran böyük dövlət xadimi kimi xarakterizə olunur. Böyük sərkərdə olmaq asan, dövlət adamı olmaq isə çətindir. Dövlət adamı yaşadığı anı yox, daha çox gələcəyi fikirləşir. Bu mənada Heydər Əliyev Azərbaycanın tarixində çox mühüm uğurlara imza atıb. Bu uğurlar Heydər Əliyevin siyasi kursunun hazırda president İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində daha da artmaqdadır. Dünya tarixində çox az liderlər var ki, həm ölkə daxilində, həm də xaricində prosesləri izləyir və duyur. Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünün nəticəsidir ki, Azərbaycanda hər kəs onun fəaliyyətini bir istiqamətdən təhlil edir. Amma ümümi fikir budur ki, Heydər Əliyevin siyasi təcrübəsi, xalqa, vətənə məhəbbəti ölkəmizin qüdrətlənməsinə və dünya dövlətləri arasında layiqli yer tutmasına səbəb olmuşdur. H.Əliyev ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin təminatçısıdır.
1994-cü ildə atəşkəsin əldə edilməsi, müharibənin dayandırılması minlərlə günahsız insanı ölümdən qurtardı. Atəşkəsin əldə edilməsi o dövrdə Heydər Əliyev siyasətinin ən böyük uğuru idi, çünki atəşkəs haqqında anlaşmanın imzalanması ilə Azərbaycanın dinc quruculuq işlərinə başlamaq, müharibənin vurduğu zərbələri aradan qaldırmaq, ordu quruculuğunu inkişaf etdirmək, ölkə iqtisadiyyatının yenidən və əsaslı şəkildə qurulması imkanı əldə edildi. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə daha möhtəşəm bir uğura imza atıldı. Ölkəmizin gələcək iqtisadi-siyasi inkişafında xüsusi bir rol oynayacaq «əsrin müqaviləsi » adını alan tarixi bir müqavilə imzalandı.
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq dördüncü dövr üçün dövlətimizin başçısı seçilmişdir və ulu öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxGündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55

