Şanlı Zəfər tariximiz
10.12.2022 [12:16]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Bu gün 44 günlük şanlı Vətən Müharibəsindəki parlaq qələbəmizin müjdəsi olan 10 dekabr Zəfər paradından iki il ötür. İki il öncə, 10 dekabr 2020-ci il tarixində möhtəşəm Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradı keçirildi.
Hərb və dövlətçilik tariximizə qızıl hərflərlə həkk olan 10 dekabr Zəfər paradı hər biz azərbaycanlının qürur və fəxarət mənbəyi oldu. Bütün Azərbaycan xalqının, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın iftixarı və fəxri olan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin möhtəşəm nümayişi təntənəli şəkildə keçirilən Zəfər paradı oldu. Bu parad 44 günlük Vətən Müharibəsində xalqımızın birliyinin və qəhrəmanlığının simvolu idi.
Vətən Müharibəsi zamanı Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, öz ordusuna dayaq və dəstək oldu.
Zəfər paradı həm də Azərbaycan-Türkiyə qardaşlığının nümayişi ilə yaddaşlara həkk oldu. Belə ki, hər zaman Azərbaycana qardaş dəstəyi göstərən Türkiyə Zəfər paradında da yanımzada oldu, sevincimizi bölüşdü. Ən qürurverici məqam isə paradda Türkiyəli əsgər və zabitlər qardaşları ilə yanaşı addımlamaları oldu.
Şanlı qələbəmiz münasibətilə "Zəfər", "Qarabağ" ordenləri və "Vətən Müharibəsi Qəhramanı" da daxil olmaqla 15 yeni medal təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə hərbiçilərimizin Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarının nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılmışdır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərbi Qənimətlər Parkı salınmışdır.
Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevin yanında olması dünyaya növbəti mesaj oldu və hər iki qardaş ölkənin qardaşlığının, dostluğunun sarsılmaz olduğunu bir daha sübut etdi.
10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi".
Tarixi ədaləti bərpa edən Ali Baş Komandan cənab İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

