Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi
28.11.2022 [11:42]
Bildiyimiz kimi, ictimai maraq dedikdə, bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. İctimai maraqları dövlət maraqları ilə qırılmaz bağlar birləşdirir, çünki cəmiyyət və dövlətin bir-birindən ayrı mövcudluğu qeyri-mümkündür. Dövlət olmadan, dövlət maraqlarının etibarlı, effektiv şəkildə qorunması təmin edilmədən ictimai maraqların mövcud olması və ya qorunması mümkün deyil. Əgər, cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, böyük bir toplum kimi çıxış edirsə, dövlət də bu toplumu bir araya gətirməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürür, ictimai maraqların tanınması, təbliği və müdafiəsi hökumət tərəfindən sığortalanır, qorunur. Azərbaycanda ictimai və milli maraqların təmin olunması əsas prioritet məsələdir. Dövlət tərəfindən qəbul edilən qanunlar, həyata keçirilən islahatlar, istər sosial, iqtisadi, istərsə də, siyasi sahədə dövlət və ictimai maraqların qorunmasına xidmət edir, siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Dövlət məmurlarını vəzifəyə təyin edərkən Prezident, cənab İlham Əliyev onlara ciddi şəkildə tapşırıq verir və qeyd edir ki, qanun qarşısında hamı birdir. Daim xalqın yanında olmaq, onun çətinliklərini, ağrı-acılarını öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək dövlət Başçısının fəaliyyətində hər zaman xüsusi yer tutub. Ölkə rəhbəri tərəfindən belə bir prinsipə dönmədən əməl olunması nəticəsində ictimaiyyətin dövlətə inamı güclənib, xalqın Prezidentinə, dövlətə etimadı möhkəmlənib, xalq-iqtidar birliyi getdikcə güclənib. Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi güclü xalq-iqtidar birliyini şərtləndirir. Xalq, dövlət rəhbərliyinin həyata keçirdiyi işləri, əhaliyə göstərilən qayğını, ölkəmizin ildən-ilə sürətli inkişafını aydın görür. Vətəndaşlar dövlətin onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir və buna görə də, öz Liderinin ətrafında sıx birləşiblər. Bütün bu illər ərzində xalqın ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə güclü dəstəyi Azərbaycanın bugünkü uğurlarının əsasını qoyub.
Torpaqlarımızın uzunmüddətli işğalına son qoyan 44 günlük Vətən müharibəsində böyük Qələbəmizi şərtləndirən məhz, xalq-iqtidar arasında formalaşan birlik oldu. Azərbaycan dövlətinin hərbi əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi beynəlxalq səviyyədə uğurlarımızı həzm etmək istəməyən bəzi dairələri narahat edirdi. Onların Azərbaycandakı əlaltıları da, bütün mümkün vasitələrdən istifadə etməklə xalq arasındakı mövcud birliyə xələl gətirəcək, qələbəmizlə bağlı insanların qəlbinə şübhə toxumu səpəcək fikirlər səsləndirirdilər, lakin Ali Baş Komandan İlham Əliyevin əks-həmlə ilə bağlı əmrini böyük sevinc hissi ilə qarşılayan Azərbaycan xalqı Prezidentin ətrafında bir yumruq kimi birləşdi. Xalq Prezidenti, təbii ki, həmişə müdafiə edib, amma bu dəfəki dəstək tamam başqa idi. Bu, tarixdə görünməmiş Xalq-İqtidar-Ordu birliyi idi. Bu, Prezidentin milli maraqlar naminə sinəsini qabağa verərək bütün dünyanın qarşısında dayanması demək idi. Ordumuzun Qələbələr qazanaraq irəlilədiyi günlərdə Azərbaycan Prezidentinə nə qədər təzyiqlər göstərilirdi, telefon zənglərinin ardı-arası kəsilmirdi. Bu barədə Prezident İlham Əliyev mütəmadi olaraq xalqa məlumat verirdi.
Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev, Azərbaycan Ordusu və Azərbaycan xalqı döyüş meydanında yeni reallıq yaratdı, möhtəşəm Qələbə qazandı, düşməni torpaqlarımızdan qovdu. İndi, hər kəs bu reallıqla barışmağa məcburdur. Bu reallıq – Xalq-İqtidar-Ordu birliyi keçirilən Qələbə paradında da aşıq-aşkar nümayiş etdirildi. Xalq, paytaxt Bakı şəhəri də daxil olmaqla, respublikamızın hər yerində özünün tarixi Qələbəsini bayram etdi...
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov
Xəbər lenti
Hamısına baxMədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25

