Kəlbəcər yeni inkişaf dövrünü yaşayır
28.11.2022 [10:27]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı ordusuna vurduğu sarsıdıcı zərbə idi.
Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 2020-ci il noyabrın 25-də boşaltdı. Bununla da, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi və 27 il ərzində icra olunmamış qalan Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməsini özü icra etmiş oldu. Əslində Kəlbəcərin bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın böyük siyasi-diplomatik qələbəsi kimi tarixə qızıl həriflərlə yazıldı.
O ağır, çətin zamanda hərbi əməliyyatlar çox mürəkkəb relyefə, böyük əraziyə malik Kəlbəcərdə də aparılsaydı, o zaman itkilərimiz daha çox ola bilərdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə hazırlanmış hərbi əməliyyatlar planı və son dərəcə yüksək dəqiqliklə, vaxtında edilən siyasi-diplomatik gedişlər Kəlbəcəri bir güllə belə atılmadan işğaldan azad edilməsinə şərait yaratdı.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük bir hissəsini və Şuşanı hərbi yolla azad etməklə döyüş meydanında düşmənin belini qırdı. Şuşanın azad olunmasından bir gün sonra isə 70-dən çox kəndin ildırım sürəti ilə azad edilməsi düşməni diz çökdürdü və Ermənistan kapitulyasiya aktını imzalamalı oldu. Bu razılaşmaya əsasən, Ermənistan Kəlbəcər, Laçın və Ağdam rayonlarını təhvil verəcəyinə dair öhdəlik götürdü.
Azərbaycanın ən zəngin rayonlarından biri Kəlbəcər füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Rayon ərazisində yerləşən tarixi abidələr bütün dünya mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edir. Ötən əsrin 50-ci illərindən başlayaraq burada aparılmış geoloji kəşfiyyat işləri nəticəsində çoxsaylı faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib. O cümlədən bu rayonun ərazisi qızıl, gümüş, tellur, selen, civə kimi qiymətli metal yataqları ilə zəngindir. Acınacaqlı haldır ki, 30 illik işğal ərzində erməni vandalları bütün bu sərvətlərimizi vəhşicəsinə talayıblar.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə bütün Qafqazı erməni faşizmindən xilas etdi. Bu Qələbə erməni faşizminin bütün bəşəriyyət üçün nə dərəcədə təhlükəli bir cərəyan olduğunu bütün dünyaya göstərdi.
Hazırda işğaldan azad edilmiş ərazilərimizin, eyni zamanda Kəlbəcər rayonunun yeni inkişaf dövrüdür.
Böyük Qayıdışın tərkibi hissəsi olaraq, doğma sakinlərinin yenidən Kəlbəcərdə məskunlaşıb yaşaması üçün lazımi şərait yaradılır. Düşmən üzərində böyük qələbəmizdən cəmi iki il keçməsinə baxmayaraq Kəlbəcər hazırda Böyük Qayıdışın əsas inşaat meydanlarından biridir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:40
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42

