Ermənistanın cinayətləri beynəlxalq hüquq normalarının pozulmasıdır
26.11.2022 [11:40]
Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması vacib amildir. Bu cinayətlər barədə Prezident ilham Əliyev 15 noyabrda Albaniyada rəsmi səfər zamanı mətbuata verdiyi bəyanatla beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırdı.
Ermənistanın təcavüzü nəticəsində minlərlə azərbaycanlı ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi.
Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ işğal edildi. Bu BMT Nizamnaməsini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana birləşdirməyə çalışan təcavüzkar dövlətin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və işğalçılıq siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi.
Ermənistanın ərazi iddiası obyekti olan Qarabağın dağlıq bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur.
Azərbaycan mütəmadi olaraq beynəlxalq ictimaiyyəti Ermənistanın ərazilərimizin işğalının möhkəmləndirilməsini təmin etməyə yönəlmiş əməlləri, yerli əhalinin tamamilə qovulduğu işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma məsələsi barədə məlumatlandırırdı.
Ermənistan insanları işğal edilmiş Azərbaycan ərazilərinə yalnız Ermənistandan deyil, həmçinin digər ölkələrdən, o cümlədən böyük erməni diasporasının yaşadığı və daxili qeyri-sabitliyə məruz qalmış Suriya və ya İraq kimi ölkələrindən köçürürdü.
Məskunlaşdırma bu ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə paralel aparılırdı. İşğal edilmiş ərazilərdə Azərbaycanın tarixi yerlərinin demək olar ki, bütün əsl toponimləri dəyişdirilmişdir.
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti ilə beynəlxalq humanitar hüququ pozmuşdur.
İşğal olunmuş ərazilərin tarixi və mədəni xüsusiyyətlərinin dəyişdirilməsi, bu əraziləri Azərbaycan və azərbaycanlılarla əlaqələndirən hər şeyin silinməsi, orada erməni əhalisinin süni şəkildə artırılması və Ermənistan tərəfindən həyata keçirilmiş çox saylı digər qanunsuz əməllər işğal olunmuş ərazilərin məhz ilhaq edilməsi məqsədi ilə törədilmişdir.
Ermənistan müharibə yolu ilə Azərbaycanatorpaqlarını işğal etməklə, eləcə də kütləvi etnik təmizləmənin həyata keçirilməsi və münaqişə dövründə digər ağır cinayətlərin törədilməsinə görəbeynalxalq hüquq qarşısında məsuliyyət daşıyır.
YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:46
Gündəm
15 May 14:40
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33

