Prezident İlham Əliyev ölkəmizin milli maraq və mənafelərini hər yerdə qətiyyətlə təmin edir
04.11.2022 [11:32]
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.Cənubi Qafqaz regionuna aid məsələlərə həsr olunmuş bu görüşdə Prezidenti İlham Əliyev çıxış edərək, iki il bundan əvvəl Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulduğunu və artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etməyin vaxtı çatdığını diqqətə çatdırıb.
Prezidenti İlham Əliyev vuğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür. Səfər çərçivəsində imzalanmış Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı da mühüm əhəmiyyət kəsb edir. Bu bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğu öz əksini tapdı və Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi bildirildi.
Prezidenti İlham Əliyev Soçi görüşündə də qətiyyətli və prinsipial mövqeyini bir daha ortaya qoyaraq Azərbaycanın ədalət prinsipinə və beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini diqqətə çatdırıb.
Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib çatıb. Soçi görüşünə qədər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında münasibətlərin normallaşdırılması istiqamətində Brüsseldə bir neçə dəfə görüş keçirilib. Bu görüşlərin hər birində dövlətimizin başçısı Azərbaycanın maraqlarını qətiyyətlə təmin edib. Eyni zamanda bu görüşlər onu da təsdiq edib ki, Azərbaycan Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur edəcək.
Azərbaycanın yürütdüyü siyasət, münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi sülhpərvərdir və qarşı tərəfdən eyni mövqenin ortaya qoyulmasını gözləyir. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib, regiona yeni reallıqlar hakimdir. Şərtləri Azərbaycan diktə edir və bundan sonra da belə olacaq. Müharibədə məğlub olmuş Ermənistan isə yaranmış yeni vəziyyətə uyğun davranmağa məhkumdur. Bu reallıqlardan irəli gələrək İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında öz əksini tapıb. Münasibətlərin normallaşdırılması Ermənistanın bu öhdəlikləri yerinə yetirməsindən keçir.Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların harada aparılmasından asılı olmayaraq, Prezident İlham Əliyev ölkəmizin milli maraq və mənafelərini hər yerdə qətiyyətlə təmin edir. Xalqımız əmindir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycanı zirvədən-zirvəyə aparmaqda davam edəcək.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35

