Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

20.10.2022 [16:06]

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

 Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Baxşəliyev Natiq Saleh oğlunun şəhadət günündə əziz xatirəsi  dərin hörmət və ehtiramla yad olundu, məzarı üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31