Azərbaycanın məqsədi regionda təhlükəsizliyə və sülhə nail olmaqdır
20.10.2022 [12:04]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda çıxış edən ölkə başçısı İlham Əliyev bir çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.
Prezident İlham Əliyev regionda yaranan vəziyyətə diqqət çəkərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk Qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədini qeyd etdi. Azərbaycan bu 28 illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll etdi.
Prezident İlham Əliyev iclasda son dövrlər Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı toqquşmalara da toxunub. Sentyabrda baş verən silahlı toqquşmada Azərbaycanın Ermənistan ərazisini işğal etmək niyyətinin olmadığını, Ermənistana aid şəhərin və kəndin işğal edilmədiyini, Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükənin qarşısının alınması məqsədilə cavab tədbirləri görüldüyünü və bu toqquşma zamanı atəşkəsin əldə olunmasında Rusiya tərəfinin vasitəçilik fəaliyyətinin önəmli rol oynadığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev cari ilin oktyabr ayının 6-da Praqada keçirilən dördtərəfli görüşə də toxunub. Qeyd edib ki, Azərbaycanın xoş məram göstərərək, dördtərəfli görüşün Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Azərbaycan hər zaman Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması işində Avropa İttifaqının səylərini dəstəkləyir. Fransa Prezidenti Praqadakı görüşdən bir həftə sonra təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla, Azərbaycanın dəhşətli müharibə törətdiyini deyərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Bu gün Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.
Fransa son vaxtlar Azərbaycan-Ermənistan məsələsinə aktivlik nümayiş etdirərək vasitəçilik missiyasını icra etməyə cəhd göstərir. Ermənipərəst siyasət yürüdən, Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edən Fransa Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Son vaxtlar Azərbaycanın Parisdəki səfirliyinin binasına soxulmaq cəhdi ilə iki dəfə basqın edilib. Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların basqını qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir. Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində hər hansı rol oynaması mümkünsüzdür.
Azərbaycanın mövqeyi qətiyyətli və aydındır. Azərbaycanın məqsədi münasibətlərin normallaşması və sülhün əldə olunmasıdır. Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təklifləri konstruktivdir. Bu gün Azərbaycan münasibətlərin normallaşdırılmasına xidmət edən fəaliyyət nümunəsi ortaya qoyur. Cənab Prezident Astanada da keçilirən iclasda da bir daha qeyd etdi ki, Azərbaycanın yalnız bir məqsədi var, regionumuzda təhlükəsizliyə və sülhə nail olmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

