Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi

17.10.2022 [10:56]

 Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Dövlətimizin başçısının reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. 2003-cü ildən etibarən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, o, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. "Bizim dayağımız xalqdır",- deyən dövlətimizin başçısının müdrik siyasətçi kimi gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib, bir hədəfə yönəldə bilməsindədir. Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət nəticəsində 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı, ordusunun qüdrəti  daha da artıb.

 2003- 2022-ci illər Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Hərbi quruculuq siyasəti Azərbaycan Prezidenti, Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mahiyyət və keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını təmin etməyə imkan yaradıb. Dünyanın ən peşəkar orduları ilə bir sırada dayanan Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, müasir texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu, vətənpərvərliyi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması kimi müqəddəs vəzifələrin döyüş meydanında həllində mühüm rol oynayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində cəbhə xəttində rəşadətli Azərbaycan Ordusunun əks-hücumu və düşmənə vurduğu ağır zərbələr nəticəsində erməni silahlı birləşmələri ciddi itki verərək geri çəkiliblər. İgid əsgərlərimiz bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini ələ keçirib və üçrəngli bayrağımızı düşməndən azad edilmiş həmin ərazilərimizdə dalğalandırıblar. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub.

Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən əhəmiyyətli islahatların, atılan taleyüklü addımların müsbət nəticələrini 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində real şəraitdə gördük, şahidi olduq. Vətən müharibəsindəki möhtəşəm qələbəmiz illərdir davam edən Qarabağ münaqişəsinə son qoyub. Prezident İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etməklə yanaşı, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atıb. Müzəffər Ali Baş Komandan son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytarıb, tarixi ədaləti bərpa edib. "Qarabağ Azərbaycandır və nida" həqiqəti "dəmir yumruq" əməliyyatında Böyük Qələbəmizin, Zəfərimizin rəmzinə çevrilib. Azərbaycan dövləti XXI əsrin müharibəsini aparmaqla beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail olub, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürüb, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf edib.

Fəxarət hissilə bildiririk ki, müqəddəs bir vəzifəni - Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrilib. Bu Zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırıb, əsrlərdən bizə miras qalmış qürurumuzu dirçəldib.

Qarabağ Azərbaycandır! 

Vüsal Hüseynov- YAP Xocavənd rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31