Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir
13.10.2022 [11:46]
Prezident İlham Əliyev Praqa səfəri çərçivəsində bir sıra mühüm çağırışları özündə əks etdirən Azərbaycan televiziya kanallarına müsahibəsində bir daha bildirdi ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla: “Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”
Dövlət başçısı bütün çıxışlarında, mesajlarında bu reallığı diqqətə çatdırır ki, bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Reallıq budur ki, Azərbaycan Ermənistana sülh təklifi edib. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş - ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması kimi beş əsas prinsipi irəli sürdü. Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdə bu prinsipləri dəstəkləməklə bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını dəstəklədilər. Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekununda qəbul edilən Bəyanatda da Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütöclüyünü və suverenliyini tanıdılar və BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Qarabağ Azərbaycandır! Dövlətimizin qətiyyəti, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində bunu döyüş meydanında sübut etdik. Ona görə də Azərbaycan Qarabağda yaşayan ermənilərlə bağlı hər hansı bir məsələni digər ölkələrlə, o cümlədən Ermənistanla müzakirə etməyəcək. Dövlət başçısı İlham Əliyev sözügedən çağırışı ilə Azərbaycanın bu məsələdə də mövqeyinin dəyişməz olduğunu nümayiş etdirdi.
Cənab İlham Əliyev bütün çıxışlarında bu reallığı diqqətə çatdırır ki, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. O da qeyd edilir ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Dövlət başçısı Azərbaycan daxilində heç kəsin müstəsna hüquq tələb etmək hüququnda olmadıgını da bildirir. Qarabağda yaşayan ermənilərin nə statusu, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı olacaq: “Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol.” Azərbaycan tarixi Zəfərinin reallıqları fonunda qalib ölkə kimi söz sahibliyini yerinə yetirərkən yenə də ədalətə və beynəlxalq hüquqa söykənir. Ermənilər 30 ildə bu məfhumlardan xəbərsiz olsalar da, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana və ona dəstək verən dövlətlərə tarix, hüquq və milli qürur dərsini keçdi. Bu dərslərdən nəticə çıxarmaq gərəkdir.
Nihad Pənahov
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

