Doqquz nömrəyə sığan böyük mübarizə
19.05.2026 [09:17]
“Bəhlul” jurnalının mətbuat tarixində rolu...
Azərbaycan mətbuat tarixində elə nəşrlər var ki, onların ömrü uzun olmayıb, lakin təsiri uzun illər boyu davam edib. Həmin nəşrlər cəmiyyətin düşüncə tərzində, satirik publisistikanın inkişafında, milli oyanış prosesində və ictimai fikrin formalaşmasında silinməz izlər buraxıb. Belə jurnallardan biri də cəmi altı ay fəaliyyət göstərməsinə baxmayaraq, dövrün ictimai-siyasi mənzərəsini kəskin satira, cəsarətli fikir və xalq dilinə yaxın üslub vasitəsilə ifadə etməyi bacaran “Bəhlul” jurnalı olub.
20-ci əsrin əvvəllərində Azərbaycanda maarif və mədəniyyətə maraq artırdı. Vətənin taleyi müxtəlif mədəni mərkəzlərdə təhsil almış, elmin yeni nailiyyətlərindən xəbərdar olan insanları maraqlandırırdı. Geriliyi, ətaləti görən həmin ziyalıların fəaliyyət sahəsi genişlənirdi. Eyni zamanda, Azərbaycan jurnalistləri demokratik mətbuatın gözəl ənənələrini böyük müvəffəqiyyətlə inkişaf etdirirdilər.
Həmin dövrlərdə Azərbaycanda demokratik mətbuatın bayraqdarı olan “Molla Nəsrəddin”in təsiri ilə bir çox mətbu orqanlar nəşrə başlamışdı. Bu sırada “Bəhlul” jurnalının adını xüsusilə vurğulamaq lazımdır.
6 ay ömür sürmüşdü
Bu gün “Bəhlul” jurnalının 119 yaşı tamam olur. Adını Şərqin folklor qəhrəmanı Bəhlul Danəndədən götürən jurnal 1907-ci il mayın 19-da nəşrə başlayıb. Cəmi 6 ay ömür sürən və 9 nömrəsi işıq üzü görən bu jurnalın əsas hədəfi Çar Rusiyasının özbaşınalıqlarını, müsəlman əhalinin çətin həyat şəraitini işıqlandırmaq idi.
“Molla Nəsrəddin”in bənzəri
Həftəlik satirik jurnal Ələsgər Əliyevin redaktorluğu, Seyid Hüseynin əməkdaşlığı ilə “Kaspi” mətbəəsində nəşr edilirdi. Jurnalın səhifələrində zəhmətkeş kütlənin 1905-1907-ci illərdəki inqilabi mübarizəsi geniş işıqlandırılırdı. Dövrün ziyalıları, həmçinin “Dərdmənd”, “Bəhlul”, “İpləmə”, “Düdük” imzaları ilə yazdıqları felyeton və məqalələrdə çarizmin müsəlman əhaliyə qarşı ayrı-seçkilik siyasətini qınayır, xalqın savadlanmasına çalışırdılar.
“Bəhlul” forma etibarı ilə “Molla Nəsrəddin”ə bənzəyirdi. Jurnalda şəkillər, felyetonlar, satirik şeir, teleqraf xəbərləri, lüğət, tapmaca və başqa yazılar dərc olunurdu. Jurnalın nömrələrində “Molla Nəsrəddin”ə dair maraqlı materiallar verilmişdi. Hər iki jurnalın əməkdaşları arasında sıx əlaqə də yaranmışdı.
Qabaqcıl ideyaların təbliği
“Bəhlul”un nəşri də dəfələrlə dayandırılmışdı. Lakin irticanın təqibi “Bəhlul”u öz yolundan döndərə bilmirdi. Onun “Camaata” adlı müraciətində “Molla Nəsrəddin”in bütün islam aləmində ən qabaqcıl ideyaları təbliğ etdiyi və məhz bu səbəbdən mürtəce qüvvələrin onu dağıtmaq, məhv etmək istədiklərini bildirirdi. Jurnal “Oyanın! Oyanın!” - deyə xalqa xitabında “Molla Nəsrəddin”i qorumağa çağırırdı.
Jurnal “zərərli məsləkinə görə” nəşrini dayandırdı. “Kəlmiyyət”, “Şeypur”, “Zənbur”, “Rəhbər” satirik jurnalları kimi “Bəhlul” da az yaşadı...
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan mətbuatının 145 illiyi münasibətilə “Bəhlul” jurnalı kitab formatında çap olunub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilib. 146 səhifədən ibarət kitab “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır.
Jurnalın qısa ömrü olsa da, Azərbaycan xalqının millət kimi formalaşmasında mühüm rol oynadı, milli özünüdərk prosesini hədəf tutaraq işıqlandırdı. Bütün bunlar da Azərbaycan jurnalistikasının sonrakı inkişafına güclü təkan vermişdi. “Bəhlul” jurnalı sübut etdi ki, mətbuatın gücü onun neçə il yaşamasında deyil, cəmiyyətə nə qədər təsir edə bilməsində, insanları düşündürməsində və həqiqəti hansı cəsarətlə ifadə etməsindədir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Gündəm
15 Sentyabr 12:22
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19

