YAP Qusar Rayon Təşkilatının veteranları və fəalları Qarabağa səfər etdi
18.05.2026 [17:55]
YAP Qusar rayon təşkilatı tərəfindən 16 may 2026-cı il tarixində təşkil olunan Qarabağ səfəri iştirakçılarda unudulmaz təəssüratlar yaratdı. Səfərdə partiya fəalları, veteranlar, qazilər, eləcə də Milli Qəhrəman Çingiz Qurbanovun valideynləri iştirak edirdilər. Qarabağın azad olunmuş bölgələrini ziyarət edən nümayəndə heyəti burada aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinin şahidi oldu, ölkəmizin əldə etdiyi möhtəşəm Zəfərin nəticələrini böyük qürur hissi ilə izlədilər.
Səfər çərçivəsində nümayəndə heyəti Ağdam Cümə Məscidini ziyarət etdi. XIX əsrə aid olan bu tarixi-dini abidə işğal dövründə ciddi dağıntılara məruz qalsa da, hazırda burada bərpa işləri həyata keçirilir. İştirakçılar həmçinin Ağdam Şəhidlər Xiyabanında şəhidlərin əziz xatirəsini ehtiramla yad etdilər.
Səfər zamanı Qarabağın qədim memarlıq nümunələrindən biri olan Əsgəran Qalası da ziyarət olundu. XVIII əsrdə inşa edilmiş qala bölgənin tarixi müdafiə istehkamlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Daha sonra nümayəndə heyəti Yuxarı Gövhər Ağa Məscidində oldu. Şuşanın simvollarından hesab olunan bu məscid Azərbaycanın zəngin dini-mədəni irsinin mühüm nümunələrindəndir.
Səfər iştirakçıları həmçinin Şuşa Qalasını, Cıdır düzünü, İsa Bulağını və Molla Pənah Vaqifin Məqbərəsini ziyarət edərək Qarabağın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış oldular. Səfər çərçivəsində nümayəndə heyəti işğal dövründə erməni vandalizminə məruz qalmış “güllələnmiş abidələr”ə də baş çəkərək tarixi-mədəni abidələrimizə qarşı törədilmiş dağıntıları yerində müşahidə etdi.
Nümayəndə heyəti həmçinin Xankəndi şəhərində olaraq burada aparılan yenidənqurma və abadlıq işləri ilə tanış oldu, şəhərdə bərpa olunan həyatın ölkəmizin gücünü və suverenliyini bir daha nümayiş etdirdiyini vurğuladılar.
Qarabağda müşahidə olunan hər bir yenilik Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və həyata keçirilən uğurlu siyasətin bariz nümunəsidir. Vaxtilə dağıdılmış və viran qoyulmuş torpaqlarımızda bu gün yeni yolların, yaşayış məntəqələrinin və sosial obyektlərin inşa olunması hər bir azərbaycanlının qəlbində böyük qürur hissi doğurur.
YAP Qusar rayon təşkilatının təşəbbüsü ilə həyata keçirilən bu səfər iştirakçılar üçün həm mənəvi, həm də tarixi əhəmiyyət daşıdı. Azad olunmuş torpaqlarda həyatın yenidən canlanması dövlət-xalq birliyinin, güclü siyasi iradənin və milli həmrəyliyin parlaq təcəssümüdür.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

