Azərbaycanın unikal inkişaf modeli
19.05.2026 [15:44]
Dünyanın inkişaf tarixində elə mərhələlər olub ki, dövlətlərin gücü onların sərhədləri, orduları və iqtisadi resursları ilə ölçülüb. Müasir dövrdə isə başqa bir meyar daha ön plana çıxır – insanların necə yaşadığı, şəhərlərin necə qurulduğu və gələcəyin hansı prinsiplər əsasında formalaşdırıldığı. Artıq şəhərlər yalnız yaşayış məkanları deyil; onlar iqtisadi dinamikanın, sosial münasibətlərin, innovativ düşüncənin və mədəni dəyərlərin cəmləşdiyi strateji mərkəzlərə çevrilib. Məhz belə bir dövrdə Bakının Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasına ev sahibliyi etməsi xüsusi siyasi və strateji məna daşıyır. Mayın 18-də keçirilən Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı yalnız iştirakçılara ünvanlanan nitq kimi deyil, həm də müasir Azərbaycanın inkişaf kursunu, şəhərsalma fəlsəfəsini və gələcəyə baxışını əks etdirən geniş konseptual yanaşma kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışında diqqət çəkən ilk məqamlardan biri tədbirin beynəlxalq miqyası ilə bağlı idi. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının Bakıda bir araya gəlməsi təkcə Forumun miqyasını deyil, Azərbaycanın beynəlxalq nüfuzunu və qlobal əməkdaşlıq platformasına çevrilməsini göstərən mühüm göstəricidir.
Son illərdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərin sayı davamlı şəkildə artır. Bu, ölkənin yalnız regional deyil, eyni zamanda qlobal proseslərin fəal iştirakçısı olduğunu göstərir. Cənab Prezident İlham Əliyevin çıxışında Forumu COP29-dan sonra keçirilən ikinci ən böyük beynəlxalq tədbir kimi xarakterizə etməsi də Azərbaycanın artıq qlobal gündəliyin mühüm hissəsinə çevrildiyini göstərən mühüm mesaj idi. Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın coğrafi və tarixi mövqeyinə dair səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi. Azərbaycan əsrlər boyu müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və ticarət yollarının qovuşduğu məkanda yerləşib. Tarix boyunca Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmiz bu missiyanı bu gün də uğurla davam etdirir. Bu tarixi missiyanın memarlıq və şəhərsalma müstəvisində əksini tapması da maraqlı yanaşma idi. Dövlət başçısı Bakının qədim və müasir elementlərini bir arada təqdim etməklə şəhər inkişafının əsas fəlsəfəsini ifadə etmiş oldu. İçərişəhərin qədim daş küçələrindən müasir şəhər mühitinə keçid əslində keçmişlə gələcəyin harmoniyasını göstərən canlı nümunədir. Bu gün bir çox ölkələrdə sürətli urbanizasiya tarixi-mədəni irsin zədələnməsi ilə müşayiət olunur. Müasir binaların inşası bəzən şəhərlərin tarixi yaddaşını arxa plana keçirir. Azərbaycanın yanaşması isə fərqli istiqamət nümayiş etdirir. Burada məqsəd təkcə yeni məkanlar yaratmaq deyil, həm də milli kimliyi və tarixi dəyərləri qorumaqdır. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev tərəfindən cari ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətin dövlət siyasətində xüsusi yer tutduğunu göstərir. Bu qərar əslində şəhərsalmaya yeni mərhələnin başlanğıcı kimi də baxmağa əsas verir.
Cənab Prezidentin çıxışında Azərbaycanın müxtəlif bölgələrinin və qədim şəhərlərinin xatırlanması da xüsusi diqqət çəkən məqamlardan idi. Şamaxı, Gəncə, Şəki, Naxçıvan, Qəbələ və Lahıc haqqında səsləndirilən fikirlər yalnız tarixi məlumat xarakteri daşımırdı. Burada əsas məqsəd Azərbaycanın zəngin mədəni irsini və çoxəsrlik dövlətçilik ənənələrini beynəlxalq auditoriyaya təqdim etmək idi. Xüsusilə Lahıc nümunəsi maraqlı idi. Əsrlər əvvəl qurulan və bu günə qədər fəaliyyət göstərən kommunikasiya sistemləri göstərir ki, şəhərsalma və mühəndislik düşüncəsi xalqımızın tarixində mühüm yer tutub. Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi yer verilən məsələlərdən biri də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri oldu. Bu hissə çıxışın siyasi və humanitar baxımdan ən mühüm istiqamətlərindən biri hesab edilə bilər. İşğal nəticəsində böyük dağıntılara məruz qalmış şəhərlərin və kəndlərin yenidən qurulması hazırda Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biridir. Dövlət başçısının Ağdamla bağlı səsləndirdiyi fikirlər dağıntıların miqyasını aydın şəkildə ortaya qoyurdu. Ancaq burada əsas məqam keçmişə baxıb dayanmaq deyil, gələcəyə doğru hərəkət etməkdir. Azərbaycan dağıdılmış məkanların yenidən qurulması ilə yanaşı, həmin ərazilərdə yeni yaşayış və inkişaf modeli yaradır. Böyük Qayıdış Proqramı bu baxımdan yalnız infrastruktur layihəsi hesab edilə bilməz. Bu proqram həm də sosial ədalətin bərpası, insanların doğma yurdlarına qayıdışı və milli birliyin möhkəmləndirilməsi missiyasını daşıyır. Tunellərin, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və sənaye zonalarının yaradılması bir daha göstərir ki, həyata keçirilən siyasət təkcə fiziki bərpa prosesindən ibarət deyil. Burada əsas məqsəd dayanıqlı və müasir yaşayış mühitinin yaradılmasıdır.
Çıxışın mühüm istiqamətlərindən biri də Bakıda həyata keçirilən ekoloji dəyişikliklərlə bağlı idi. Vaxtilə neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmiş ərazilərin müasir şəhər mühitinə çevrilməsi diqqətəlayiq nümunədir. Qara şəhərin Ağ şəhərə çevrilməsi Azərbaycanın şəhərsalma siyasətinin uğurlu nəticələrindən biri kimi qiymətləndirilə bilər. Burada təkcə yeni binalar tikilməyib, həm də insan yaşayışı üçün sağlam və rahat mühit formalaşdırılıb. Cənab Prezident İlham Əliyevin çıxışında səslənən Formula-1 nümunəsi də xüsusi diqqət çəkirdi. Liderlərin həm cəsarətli, həm də ehtiyatlı olmalı olduğunu vurğulayan bu yanaşma əslində müasir inkişaf strategiyasının əsas fəlsəfəsini əks etdirirdi. Çünki inkişaf yalnız sürətlə hərəkət etmək demək deyil. İnkişaf eyni zamanda doğru istiqaməti seçmək, tarixi qorumaq və insan faktorunu əsas prioritetə çevirməkdir. Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu bir daha göstərdi ki, gələcəyin uğurlu dövlətləri yalnız güclü iqtisadiyyat quran ölkələr olmayacaq. Gələcəyin qalibləri insan üçün rahat, təhlükəsiz və dayanıqlı həyat mühiti yaradan dövlətlər olacaq. Azərbaycan isə həyata keçirdiyi layihələr və ortaya qoyduğu inkişaf modeli ilə bu istiqamətdə inamla irəlilədiyini nümayiş etdirir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09

