/ / YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə bağlı YAP Tərtər rayon təşkilatı silsilə tədbirlərini davam etdirir
YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə bağlı YAP Tərtər rayon təşkilatı silsilə tədbirlərini davam etdirir
12.10.2022 [15:23]
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə bağlı YAP Tərtər rayon təşkilatı silsilə tədbirlərini davam etdirir.
12 oktyabr 2022- ci il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı Tərtər rayon DAİM ərazi partiya təşkilatında YAP-ın yaradılmasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər rayon DAİM ƏPT-nın sədri Mehman Babayev çıxış edərək bildirdi ki, 30 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət göstərmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib.
Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Qeyd edib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın ən güclü partiyası - Yeni Azərbaycan Partiyası yarandı. YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir.
Daha sonra Tərtər rayon DAİM ƏPT-nın üzvlərindən Binnətov Alim, Həsənov Tural, Hüseynzadə Nuranə, Fərəcova Zəminə bildiriblər ki, bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə YAP nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Bu gün ölkəmizdə bütün uğurlar, insan azadlığı, hüquqi dövlət quruculuğu və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbə, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin Sədri olduğu YAP -da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir və möhkəmlənir. Qarabağ torpağının və işğal altında olan bütün ərazilərimizin öz sahibinə qaytarıldığı, bu torpaqlarda abadlıq və quruculuq işlərinin sürətlə aparılması da sevinc hissi ilə vurğulanıb.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

