Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vətən müharibəsi şəhidinin barelyefinin açılışı olub

Vətən müharibəsi şəhidinin barelyefinin açılışı olub

08.10.2022 [11:36]

Bakı şəhəri, Nəsimi rayonu, Leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbdə, məktəbin məzunu "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə  təltif   edilmiş Vətən müharibəsi Şəhidi Babayev Elvin Əkbər oğlunun barelyefinin açılışı oldu.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilatların rəhbərləri və şəhidin ailə üzvləri iştirak edirdilər.

Barelyefin açılışından sonra Vətən müharibəsi Şəhidi Babayev Elvin Əkbər oğlunun təhsil aldığı sinfə baxış keçirildi, xatirəsi anıldı.

Məktəbin akt zalında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək  Azərbaycanın dövlət himni səsləndirildi. Daha sonra tədbir iştirakçılarına məktəblilərin ifasında  şəhidin xatirəsinə həsr olunmuş kompazisiyalar təqdim olundu.

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Biz torpaqlarımızı azad etməklə dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi.

Çıxışına davam edən natiq bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu.

Tədbirin sonunda Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Paylaş:
Baxılıb: 548 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31