YAP Neftçala rayon təşkilatında Şəhid ailələri və qazilərlə görüş keçirilib
06.10.2022 [14:11]
Cəbrayıl rayonunun işğaldan azad olunmasının 2-ci ildönümü münasibətilə keçirilən görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti Başçısı Aparatının "Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə iş şöbəsi"nin müdiri İlqar Həsənov, "Cəbrayılın azad olunmasına görə " medalı ilə təltif olunmuş şəhidlərin ailə üzvləri və qazilər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev tədbir iştirakçılarını salamladıqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub. Ülvi Fərzəliyev çıxış edərək Cəbrayılın 27 illik işğaldan sonra Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən düşməndən azad edilən ilk şəhər olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ilk dəfə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində işğaldan azad edildiyini, lakin ətrafdakı yüksəkliklərdə düşmən qüvvələri olduğu üçün kənddə yaşayış mümkün olmadığını qeyd etdi. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizləndikdən sonra Cocuq Mərcanlı kəndinin ordumuzun nəzarətinə keçdiyini, Aprel zəfərindən sonra dövlətimizin Cocuq Mərcanlıda yenidənqurma işlərinə start verdiyini və həmin kənddə yaşayışın yenidən bərpa olunduğunu bildirdi. Nəhayət, Vətən Müharibəsinin başlanmasından 8 gün sonra, 2020-ci ilin 4 oktyabr tarixində Müzəffər Ali Baş Komandanın Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etməsi barədə xalqa müraciətinin hər bir azərbaycanlı tərəfindən böyük səbirsizliklə gözlənildiyi xüsusi vurğulandı.
Daha sonra Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən və həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalan zabit və əsgərlərimizin ailə üzvləri onların keçdiyi döyüş yolundan danışmış, göstərdikləri şücaətlər barədə tədbir iştirakçılarına məlumat vermişdilər. Cəbrayıl rayonunun işğaldan azad olunmasında iştirak edən, yaralanaraq öz sağlamlığını itirən qazilər də həmin döyüşlər barədə xatirələrini bölüşmüş, şəhid olmuş hərbçi yoldaşlarına Allahdan rəhmət diləmişdilər.
Sonda Şəhidlərimizin ailə üzvləri və qazilər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişdilər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 14:46
Gündəm
15 May 14:40
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33

