Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır
26.08.2022 [14:49]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Azərbaycanın türk dünyasının birliyi, həmrəyliyi istiqamətində töhfələri davamlılığı ilə diqqət çəkir. Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi yönümündə hər zaman fəallıq göstərən Azərbaycanın həm təşkilat çərçivəsində, həm də üzv ölkələr ilə ikitərəfli əməkdaşlığı genişlənir. Təkcə cari ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin onların dövlət başçılarının Azərbaycana səfərlərinin statistikasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev 2022-ci ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan bəhs edərkən Türk Dövlətləri Təşkilatı, eyni zamanda quruma üzv olan ölkələrlə əlaqələrin hazırkı səviyyəsinə, münasibətlərin inkişafında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlərə yönəldərək bildirmişdir ki, Türkiyə Prezidenti ilə üç görüş olub. Bu ilin aprel ayında Qırğızıstan Prezidenti Azərbaycana səfər etmişdir. Eyni zamanda, iyun ayında cənab İlham Əliyevin Özbəkistana və Türkmənistana səfəri oldu.
Avqustun 24-də Qazaxıstan Prezdienti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər etdi. Qısa xronologiya təsdiqləyir ki, türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Siyasi dəstək qarşılıqlı şəkildə ifadə edilir. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq edilir. Türk dünyasının həmrəyliyinə Azərbaycanın töhfələri fonunda ölkəmizin Qazaxıstanla əlaqələrinin gələcək inkişafına nəzər salmaq istərdik. Bu baxımdan ki, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. 30 illik zamanda əlaqələrimiz qarşılıqlı etimad mühitinin qorunması əsasında sürətlə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəldi. Bir mühüm məqamı da qeyd edək ki, 2005-ci ildə Bakıda Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında” müqavilə imzalanmışdır. Bu sənədin özü bir daha təsdiqləyir ki, ölkələrimiz arasında əlaqələr daim strataeji tərəfdaşlıq və müttəfiqlik xarateri daşıyıb. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” artıq bu müttəfiqliyi rəsmi şəkildə dünyaya bəyan etdi. Sənəd, eyni zamanda, qarşıdakı dövr üçün görüləcək işlərin təqdimatıdır.
Ümumilikdə iki dost, qardaş ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəksək görərik ki, münasibətlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi hər zaman aktual məsələdir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında «Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq» söyləyərək bildirmişdir ki, fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək. Burada böyük potensial var.
Onu da qeyd edək ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram imzalandı ki, bu da gələcək inkişaf barədə aydın təsəvvür yaradır.
Ortaq tarixə malik olan Azərbaycan və Qazaxıstanın münasibətləri yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də yüksələn xətlə inkişaf edir. Cənab İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti iyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünə yönəldərək bildirdi ki, bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır. Bu əməkdaşlığın böyük perspektivləri var. Xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.
İki dost, qarşdaş, müttəfiq ölkə arasında əlaqələrin inkişafının ən mühüm göstəricilərindən biri dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninin təqdim olunmasıdır. Dövlət başçısı İlham Əliyevin Qazaxıstanda görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanındığını, ehtiram bəslənildiyini önə çəkən Kasım-Jomart Tokayev bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu ali mükafatı cənab İlham Əliyevə təqdim etdi.
Hər bir səfər əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır. İmzalanan sənədlər isə bu əməkdaşlığın yeni priortietlər üzrə inkişafı üçün yol xəritəsidir. Qazaıxıstan Prezidentinin səfəri əlaqələrin gələcək inkişafı üçün möhkəm hüquqi baza olan sənədlərin imzalanması ilə yadda qaldı.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

