Qarabağ və Şərqi Zəngəzur önəmli turizm məkanına çevriləcək
17.08.2022 [12:51]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı səsləndirdiyi fikirlər, müəyyənləşdirilən hədəflər, eyni zamanda, Ermənistana ünvanladığı ciddi mesajlar və xəbərdarlıqlar bu gün də geniş müzakirə olunur. Reallıq budur ki, tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövr işğaldan azad edilmiş ərazilərimizin bərpası və quruculuğu mərhələsi kimi xarakterizə olunsa da bütün bölgələrimizin inkişafının prioritetliyi atılan addımlarda özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin müsahibəsində təkcə İsmayıllı və Ağsu rayonlarında görülən işlərlə bağlı təqdim etdiyi statistik rəqəmlərə diqqət yetirmək kifayətdir ki, bütün bölgələrmizin tərəqqisi barədə ümumiləşdirmə aparaq. Yeni iş yerlərinin açılması bir hədəf kimi qarşıya qoyuluraq bu prosesin daimiliyi bəyan edilir. Təbii ki, bu, öz növbəsində bütün bölgələrdə inkişafın sürətləndirilməsini, yeni sosial obyektlərin açılışını bir tələbə çevirir.
Təkcə onu qeyd etmək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub, elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişinə gəldikdə isə, həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgələrin gələcək inkişafı ilə bağlı çox möhkəm zəmin yaradılıb. Aydındır ki, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.
Dövlət başçısı İlham Əliyev bölgələrimizin inkişafı məqsədilə təsdiqlənən Regional inkişaf proqramları çərçivəsində görülən işlərlə yaxından tanış olmaq üçün mütəmadi olaraq rayonlara səfərlər edir. Müsahibədə özünün də qeyd etdiyi kimi, görülən işlərə nəzarət edir. Həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün bölgələrə səfəri müntəzəm xarakter daşıyır. Cənab İlham Əliyev bu fikirləri ilə bir daha təsdiqləyir ki, “Güclü dövlət, yüksək rifah” prinsipi dövlət siyasətinin əsasında dayanır, vətəndaş amilinə yüksək dəyər verilir.
Bütün bölgələrimizdə, o cümlədən işğaldan azad edilmiş rayonlarımızda bərpa-quruculuq işləri zamanı xüsusi diqqət göstərilən məqam onların tarixi simasının qorunmasıdır. Azərbaycanın hər bir regionu böyük turizm imkanlarına malikdir. Ölkəmizə səfər edən xarici qonaqlar, turistlər bölgələrimizə səfər edir, onların malik olduqları imkanlarla tanış olurlar. Tarixi simanın qorunaraq müasirliklə vəhdətinin yaradılması daim xarici qonaqlar tərəfindən yüksək dəyərləndirilir. Bu ilin iyun ayında Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən dövlət başçısı İlham Əliyev Azərbaycanın bu sahədə təcrübəsindən geniş bəhs edərək bildirmişdir ki, paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Hazırda paytaxtla yanaşı, bölgələrimiz də bu vəhdətin qorunması ilə diqqətdədir. Sözügedən müsahibədə “Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir” söyləyən ölkə Prezidenti bildirmişdir ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın. Bu əminlik də ifadə edildi ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.
Basqal qəsəbəsində müasir otelin açılışı da bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda, həmçinin digər bölgələrimizdə bu kimi sosial obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir.
Göründüyü kimi, kompleks tədbirlər hədəflərə lazımi səviyyədə nail olmağa geniş imkanlar yaradır. Tezliklə Qarabağ və Şərqi Zəngəzur önəmli turizm məkanına çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

