Yeni Azərbaycan Partiyasının məqsədi Azərbaycana xidmət etməkdən ibarətdir
19.10.2010 [09:22]
Dünən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov Nərimanov rayonu, Y.Nəsirov küçəsi 1921-ci məhəllədə seçicilərlə görüş keçirib. Seçicilərlə görüşündən məmnun olduğunu deyən Əli Əhmədov Milli Məclisdə onları təmsil etməsindən qürur duyduğunu bildirib. “ötən beş ildə çalışmışam ki, sizin göstərdiyiniz etimadı doğruldum. Əgər noyabrın 7-də keçiriləcək parlament seçkilərində yenə də səsinizi mənə versəniz sizin inamınızı doğrultmağa səy göstərəcəyəm” deyən Əli Əhmədov bu dairə üzrə digər namizədlərin olduğunu da xatırladıb. Deputatın vəzifələrinin Azərbaycan Konstitusiyası və qanunları ilə müəyyənləşdirildiyini bildirən YAP Sədrinin müavini seçicilərə böyük vədlər vermək niyyətində olmadığını vurğulayıb. “Başqa namizədlər insanlara bol-bol vədlər verirlər. Amma mənim belə niyyətim yoxdur. çünki parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Yəni, deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma insanların dəstəyi ilə parlamentə seçilən şəxs də həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. ötən beş il ərzində mən də seçicilərin qaldırdıqları məsələləri həll etməyə çalışmışam və onların əksəriyyətini həll edə bilmişik. Əgər hansı məsələni həll edə bilməmişiksə, demək, bunu etmək mümkün olmayıb. Bütün hallarda həlli mümkün olan problemlərin aradan qaldırılması istiqamətində işlər görmüşük. Əgər noyabrın 7-də keçiriləcək səsvermə günü növbəti dəfə mənə etimad göstərsəniz qarşıdakı dövrdə də bu etimadı doğrultmaq üçün səmərəli fəaliyyət göstərəcəm. Mən gənc yaşlarımda Bakıya gələrək bu rayonda yaşamışam, bura mənim üçün doğmadır. İndi Nərimanov rayonunda yaşamasam da, məni buraya bağlayan tellər çoxdur. Məhz bu dairədən namizədliyimin irəli sürülməsinin səbəblərindən biri də budur” - deyə, o, bildirib.
Daha sonra Əli Əhmədov Azərbaycanın inkişafı və qarşıda duran vəzifələr haqqında seçicilərlə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanın bu mərhələyə çatmasında YAP-ın da misilsiz xidmətləri var: “Partiyamız sıralarında 520 mindən çox insanı birləşdirir və Azərbaycanda indiyə qədər heç bir partiya bu gücdə olmayıb. YAP-ın məqsədi Azərbaycana xidmət etməkdən ibarətdir. Partiyamız nə qədər varsa, onun məqsəd və məramı Azərbaycana xidmət olacaq. Partiyamız bundan sonra da ölkəmizə xidmət etmək əzmindədir. Başqa partiyalar arasında Azərbaycana xidmət etmək istəyənlər olsa da, bunu bacarmırlar. Azərbaycan sürətlə inkişaf edir, dəyişir, müasirləşir, insanların rifahı yüksəlir, bundan sonra daha da yüksələcək. Dövlətimizin məqsədi insanları layiqli həyatla təmin etməkdən ibarətdir. ölkəmiz inkişaf etdikcə, problemlər həll olunduqca insanların da tələbatları artır. Əgər 1990-cı illərin əvvəlində insanlar ancaq çörək uğrunda mübarizə aparırdısa, indi tələblər tamamilə başqadır. Bu da normaldır. çünki insanlar indikindən də daha yaxşı yaşamaq istəyirlər. Dövlətimiz isə bu məqsədə çatmaq üçün addım-addım irəli gedir. ölkəmizdə vəziyyət ilbəil yaxşılaşır. 2005-ci ildə daha qlobal problemlər qaldırılırdısa, artıq həmin problemlərin əksəriyyəti həll olunub”.
Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin məqsədi insanlara xidmət etməkdən ibarətdir. Təsadüfi deyil ki, bir neçə ildir, Azərbaycan iqtisadi inkişaf baxımından dünyada öndə gedən ölkələr sırasındadır. “Dövlətimiz güclü olmalıdır ki, öz vətəndaşlarının təhlükəsizliyini qorusun, əmin-amanlıq, firavanlıq olsun. Bu gün Azərbaycan bütün bunlara qadirdir. Biz ölkəmizi daha da gücləndirmək istiqamətində çalışırıq. Başqa ölkələrdə nə qədər problemlərin olduğunu, qanlar töküldüyünü görürük. Sevindirici haldır ki, Azərbaycanda elə faciələr yaşanmır. Bu gün ölkəmizdə hər bir ailə öz təhlükəsizliyinə əmindir. Biz sizin dəstəyinizlə qarşıda duran vəzifələrin də öhdəsindən gələcəyik” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxışında deputatlığa namizəd Əli Əhmədovun fəaliyyəti haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Milli Məclisin üzvlüyünə iddialılar siyasətdə püxtələşmiş insanlar olmalıdırlar: “Amma deputat olmaq istəyənlər çoxdur və onlar insanlara yalan vədlər verir. Bu da qanunları bilməməkdən irəli gəlir. Amma Əli Əhmədov indiyə qədər çoxşaxəli fəaliyyət göstərib. O, 1990-ci illərin əvvəlində vəziyyəti aydın dərk edərək Ulu öndər Heydər Əliyevi dəstəkləyən ziyalıların sırasında olub. Və zaman onun bu mövqeyinin haqlı olduğunu göstərdi. Seçicilərdən xahiş edirəm ki, noyabrın 7-də seçki məntəqələrinə gələrkən ailə üzvlərini, qohumlarını, tanışlarını da özləri ilə gətirsinlər. öz səsinizi layiq bildiyiniz insana verin”.
Görüş zamanı çıxış edən seçicilər də 7 noyabr tarixində seçkilərdə iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12

