Dövlətimizin məqsədi insanları layiqli həyatla təmin etməkdən ibarətdir
20.10.2010 [09:27]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyev Sahil qəsəbəsinin sakinləri ilə görüş keçirib. Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ölkədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb: “çox sevindirici haldır ki, bu gözəl işlərin nəticələrini Sahil qəsəbəsinin dəyişən, gözəlləşən simasında da müşahidə edirik”.
Aydın Hüseynov parlament seçkilərinin əhəmiyyətindən söz açıb və qanunverici orqan olan Milli Məclisin xalqın səsverməsi ilə formalaşdığını deyib. O, daha sonra Sahil qəsəbəsinin seçicilərinə namizəd Ağalar Vəliyev haqqında məlumat verib. Qeyd edilib ki, Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib: “İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdır”.
Səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin Sərəncamı ilə Respublikanın “Əməkdar mühəndisi” fəxri adına layiq görüldüyünü söyləyən Aydın Hüseynov deyib ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib. Qeyd edib ki, Ağalar Vəliyevin köməkliyi ilə 10 nəfərdən çox insan müqəddəs Həcc ziyarətində olub və bu ənənə indi də böyük həvəslə davam etdirilir. Respublikamızın rayonlarında bir neçə müqəddəs ziyarətgah məhz Ağalar Vəliyev tərəfindən bərpa olunaraq yenidən soydaşlarımızın istifadəsinə verilib.
Aydın Hüseynov çıxışının sonunda qəsəbə sakinlərini qurub-yaratmaq kimi bütün müsbət keyfiyyətlərə malik YAP-ın namizədi Ağalar Vəliyevə səs verməyə çağırıb: “Mən inanıram ki, Sahil qəsəbəsinin seçiciləri noyabrın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyev bildirib ki, seçicilərə böyük vədlər vermək niyyətində deyil: “Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma insanların dəstəyi ilə parlamentə seçilən şəxs də həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən sizə nəyi vəd edirəmsə, onu da edəcəyəm. Bol-bol vədlər vermək, sonra isə onları yerinə yetirməmək Yeni Azərbaycan Partiyasının namizədlərinə yaraşmır”.
Ağalar Vəliyev qəsəbə sakinlərinin ona səs verəcəyi və seçicilərin etimadı nəticəsində deputat seçiləcəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib: “Mən sizə hansı vədləri verirəmsə, onların həyata keçirilməsi üçün var gücümlə çalışacağam”.
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.
Sonda görüşdən razı qalan Sahil qəsəbəsinin sakinləri də Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyevə səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35

