Mükəmməl investisiya strategiyası
17.09.2026 [09:58]
Dövlət Neft Fondu suveren kapital bazarında mövqeyini möhkəmləndirir
Azərbaycanın Dövlət Neft Fondu (DNF) beynəlxalq suveren fondlarla əməkdaşlığı artıraraq, öz kapital imkanlarını gücləndirməkdədir. Hazırda aktivlərini 75 milyard dollara çatdıran Neft Fondunun qlobal portfeli borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur daxil olmaqla, müxtəlif aktiv sinifləri üzrə şaxələndirilib. Son illərdə Çin və Cənub-Şərqi Asiya istiqaməti investisiya coğrafiyasının genişləndirilməsi Fondun investisiya siyasətində prioritet istiqamətlərdən birinə çevrilməkdədir.
DNF Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumunun birgə təsis etdiyi Çin-ASEAN İnvestisiya Platformasında (CAIP) yer almaqla suveren fondlar ailəsində öz yerini daha da möhkəmləndirib. Eyni zamanda, bu platformaya qoşulmaqla, beynəlxalq miqyasda strateji tərəfdaşlığı gücləndirilməklə, beynəlxalq investisiya sektorunda yeni mərhələyə keçidi daha da sürətləndirib.
DNF-nin Çin İnvestisiya Korporasiyası (CIC), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu “Khazanah Nasional Berhad”, Malayziyanın pensiya fondu “Kumpulan Wang Persaraan” (Diperbadankan) və İndoneziya İnvestisiya Qurumu (INA) ilə birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını (CAJIC) təsis etməsi qlobal sərmayə bazarında yeni hadisə kimi dəyərləndirilə bilər.
“A2” reytinqi yüksək nüfuzu əks etdirir
Dövlət Neft Fondu hazırda dünyanın ən nəhəng suveren fondları, kapital institutları ilə sıx əməkdaşlıq edir. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan ABŞ-ın “Brookfield Asset Management” və “Brookfield” şirkətləri ilə yaxın əməkdaşlıq münasibətləri investisiya nüfuzunun göstəricisidir. Habelə Amerikanın “Neuberger Berman” şirkəti ilə 2016-cı ildən etibarən səmərəli tərəfdaşlıq quran Dövlət Neft Fondunun müasir investisiya alətləri tətbiq etməsində “Neuberger Berman”in təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Bütün bu amillər Fondun investisiya reytinqinin yüksəlməsinə də təsir edir. Beynəlxalq kredit agentlikləri “Standard & Poor’s” tərəfindən verilmiş “A” və “Fitch” - “Moody’s” tərəfindən verilmiş “A2” kredit reytinqi də bunu təsdiqləyir.
Göründüyü kimi Fond təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir.
DNF-Çin-ASEAN investisiya platforması
DNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən birgə təsis olunan platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına xidmət edir. İlkin mərhələdə platforma çərçivəsində 520 milyon dollar həcmində vəsait formalaşdırılıb və gələcəkdə bu məbləğin 1 milyard dollara çatdırılması nəzərdə tutulur. Platformanın fəaliyyəti üç suveren fondun birgə idarəetmə mexanizminə əsaslanır və əsas məqsəd kapital axınlarının təşviqi ilə yanaşı, sənaye əməkdaşlığının daha da gücləndirilməsidir. Bu çərçivədə sənaye, səhiyyə, istehlak, texnologiya və biznes xidmətləri kimi sahələr üzrə yüksək potensiala malik investisiya imkanlarının dəyərləndirilməsi planlaşdırılır. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər də bu istiqamətdə yeni fürsətlərin yaranmasına zəmin yaradır.
Bu təşəbbüsün formalaşması isə əvvəlki illərdə atılmış addımların məntiqi davamıdır. Belə ki, 2025-ci ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı DNF ilə Çin İnvestisiya Korporasiyası arasında imzalanmış anlaşma sənədi iki ölkənin suveren fondları arasında əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmin sənəd yalnız tərəfdaşlığın genişlənməsi üçün zəmin yaratmayıb, eyni zamanda, bilik və təcrübə mübadiləsini, eləcə də dayanıqlı investisiya yanaşmalarının formalaşdırılmasını təşviq edən strateji çərçivə rolunu oynayır. Beləliklə, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə birlikdə CAIP platformasına qoşulan DNF üçtərəfli əməkdaşlıq çərçivəsində yeni idarəçilik modeli formalaşdırmış olur.
CAIP platformasının üstünlükləri
Platforma yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmır, həmçinin tərəfdaş fondlar arasında institusional təcrübə mübadiləsi, bilik paylaşımı və əlaqələrin genişləndirilməsi baxımından da mühüm rol oynayır. Bu yanaşma uzunmüddətli perspektivdə daha dayanıqlı və səmərəli investisiya mühitinin formalaşdırılmasına xidmət edir.
CAIP çərçivəsində ayrılan vəsaitlərin əsasən beynəlxalq nüfuza malik özəl kapital idarəçilərinin fondlarına yönəldilməsi planlaşdırılır. Bununla yanaşı, ASEAN regionunda fəaliyyətini genişləndirmək istəyən Çin şirkətləri, eləcə də Çin texnologiyası və təchizat imkanlarından yararlanmağa çalışan yerli şirkətlər üçün də əlavə imkanlar yaradılır.
DNF üçün bu platformada iştirak həm də investisiya strategiyasının mühüm tərkib hissəsidir. Fondun uzunmüddətli və şaxələndirilmiş portfel siyasətinə uyğun olaraq, Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanları genişlənir və yeni investisiya istiqamətləri formalaşır. Neft Fondu uzun müddətdir Çin bazarında aktiv fəaliyyət göstərir. Fond 2015-ci ildən etibarən bu ölkənin kapital bazarlarına investisiyalar yatırır və hazırda həmin yatırımlar ümumi portfelin təxminən 2,5 faizini təşkil edir ki, bu da təxminən 1,9 milyard dollara bərabərdir. İnvestisiyaların böyük hissəsi sabit gəlirli alətlərə yönəlsə də, bu investisiyalar arasında səhmlər, infrastruktur layihələri və daşınmaz əmlak kimi müxtəlif maliyyə aktivləri də yer alır. Hazırda Dövlət Neft Fondunun investisiya portfelinin 2,2 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə edir ki, bu da suveren fondlar arasında münasibətlərin möhkəm etimada əsaslanmasının göstəricisidir.
Qlobal investisiya bazarlarında etibarlı tərəfdaş
Ümumiyyətlə, aktivləri 75 milyard dollara çatan Azərbaycanın milli suveren institutu - DNF qlobal maliyyə bazarlarında fəal tərəfdaş kimi qəbul edilməkdədir. Dövlət Neft Fondu hazırda dünyanın ən nəhəng suveren fondları, kapital institutları ilə sıx əməkdaşlıq edir. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan ABŞ-ın “Brookfield Asset Management” və “Brookfield” şirkətləri ilə yaxın əməkdaşlıq münasibətləri investisiya nüfuzunun göstəricisidir. Habelə Amerikanın “Neuberger Berman” şirkəti ilə səmərəli tərəfdaşlıq quran Dövlət Neft Fondunun müasir investisiya alətləri tətbiq etməsində “Neuberger Berman”in təcrübəsi mühüm əhəmiyyət kəsb edir.
DNF Avrozona, ABŞ, Asiya və digər qlobal bazarlarda öz investisiya siyasətini şaxələndirirək Azərbaycanın milli gəlirlərinin artmasında mühüm rol oynayır. Dünyada baş verən mürəkkəb geoiqtisadi proseslər fonunda təmkinli sərmayə siyasəti yürüdərək məcmu aktivlərini artırmaqdadır. Hazırda Fondun kapital porfelinin əhəmiyyətli hissəsi qlobal bazarlarda müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldilib.
Orta Dəhlizin inkişafına maliyyə töhfəsi
Bu strateji imkan, həmçinin Orta Dəhlizin investisiya komponentinin gücləndirilməsi üçün mühüm fürsət yaradır. Azərbaycan Çinlə Avropa arasında yükdaşıma marşrutunun mühüm hissəsidirsə, gələcəkdə həmin marşrut üzrə formalaşan iqtisadi fəallığın maliyyələşdirilməsi və investisiya imkanlarının qiymətləndirilməsində daha fəal mövqe tuta bilər.
Çin və ASEAN ilə artan ticarət əlaqələri, Orta Dəhlizin inkişafı və suveren investorlar arasında yaranan yeni şəbəkələr eyni iqtisadi xəttin müxtəlif elementlərinə çevrilə bilər. Orta Dəhliz Azərbaycanın Asiya ilə Avropa arasında fiziki bağlantısını gücləndirməklə, CAJIC və digər platformalarda bağlantının maliyyə və institusional inkişafına da töhfə verəcək. Bu isə Azərbaycanın qarşısında yalnız Şərqlə Qərb arasında yükdaşıma marşrutunun deyil, kapitalın, investisiyanın, texnologiyanın və institusional əməkdaşlığın hərəkət etdiyi daha geniş iqtisadi dəhlizin formalaşdırılması perspektivini yaradacaq. DNF-nin Çin və Cənub-Şərqi Asiya maliyyə bazarlarında imkanlarının və institusional çəkisinin möhkəmlənməsinə səbəb olacaq.
Beləliklə, Azərbaycanın milli suveren qurumu olan Dövlət Neft Fondu öz investisiya strategiyasını daha da təkmilləşdirərək neft və qaz gəlirlərindən əldə edilən vəsaitləri mükəmməl idarəetmə kursu sayəsində artırır və Azərbaycanın milli divident potensialını gücləndirir. Bu siyasət, həmçinin DNF-nin beynəlxalq maliyyə arxitekturasında strateji mövqeyinin daha da möhkəmlənməsinə, eləcə də qlobal iqtisadi proseslərdə daha fəal iştirakının təmin olunmasına xidmət edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51

