Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Sülhə gedən yol belə olmur, Nikol!!! – səbrimizi daşırmaqmı istəyirsən?..

Sülhə gedən yol belə olmur, Nikol!!! – səbrimizi daşırmaqmı istəyirsən?..

17.09.2026 [16:45]

Ermənistan rəhbərliyinin sülhə nə qədər hazırlıqlarını son günlərdə açıq-aydın görməkdəyik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin təşəbbüsü ilə ölkəmizdəki diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfərlərinə Ermənistandan verilən qıcıqlı reaksiyalar hələ də kəsilmir. Təkcə bu fakt ermənilərin sülh şəraitində yaşamağa hazır olmadıqlarını deməyə əsas verir.

Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq  Azərbaycanın qədim irsidir" | Baku.ws Xəbər saytı - Son xəbərlər və  Hadisələr

Qədim alban məbədinə qoyulmuş “qədim erməni tarixi” barədə “yazılmamış kitabın 58 ölkənin, 9 beynəlxalq təşkilatın təmsilçilərinə göstərilməsi bunları necə yandırıb-yaxıbsa, hələ də tüstülənirlər. Abırsızlıq o həddədir ki, azad olunmuş ərazilərə getdiklərinə görə diplomatların özlərini də hədəfə alırlar. Əgər Ermənistan doğrudan da sülh tərəfdarıdırsa və Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o halda Bakıda fəaliyyət göstərən diplomatların Qarabağa və Şərqi Zəngəzura səfərləri hayları niyə narahat edir? Yaxud da qədim Albaniya dövrünün abidələrinə baxış keçirilməsindən niyə əndişələnirlər, saxtakarlıqları üzə çıxdığı üçünmü?..

Bütün bunlar onu deyir ki, Nikol Paşinyanın iddia etdiyi kimi, Ermənistanda Azərbaycanın ərazi bütövlüyünün tanınması istiqamətində hələ də yekdil bir rəy mövcud deyil. Azərbaycan bəyan edib: sülh sazişini Paşinyanla deyil, Ermənistanla bağlayacaq! Yəni sabah qeyri-Paşinyan gəlib başqa iddialar ortaya qoymamalıdır! Digər tərəfdən, söhbət təkcə ictimai rəydən də getmir. Ermənistan Konstitusiyasında da Azərbaycana qarşı iddialar öz əksini tapırsa, bu halda nə dildə, nə fikirdə, nə də Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə hörmətdən və ərazi bütövlüyünün birbaşa tanınmasından danışmaq olmaz.

Paşinyan “vətənimizin bir hissəsini itirdik” deyir, həm də sülh imzalamaq  istəyir - revanş hara, sülh hara?.. - Baki-Xeber.com

Digər tərəfdən, həmin o, “sülhpərvər” Paşinyan növbəti dəfə iddia edib ki, Qərbi Azərbaycan haqqında ritorika Ermənistan üçün, eləcə də regional təhlükəsizlik və bərqərar olmuş sülh üçün çox ciddi çağırış və təhlükəsizlik təhdididir. Bəs, bunu necə başa düşək?! Azərbaycan birdəfəlik şəkildə bəyan edib ki, artıq müharibə dövrü bitib və bundan sonra Ermənistanla normal əməkdaşlıq çərçivəsində prosesi davam etdirmək, sülh sazişini imzalamaq niyyətindədir. Təbii ki, konstitusiyadakı iddiaların aradan qaldırılmasından sonra...

images.jpg (42 KB)

Ancaq Azərbaycan dövləti Qərbi Azərbaycandan, Ermənistandan deportasiya olunan azərbaycanlıların ləyaqətli qayıdışı ilə bağlı prinsipial mövqeyə sahibdir və hesab edir ki, beynəlxalq hüquq da azərbaycanlıların öz dədə-baba yurduna qayıdışını özündə ehtiva edir. Belə olduğu təqdirdə Nikol Paşinyanın növbəti dəfə bu kimi iddiaları ortaya atması nədən xəbər verir? Təbii ki, bu, sülhə əngəl törədən bir mövqedir. Revanşistlərə ötürmə edir...

Paşinyan KTMT-dən əl çəkmir: “Durum kəskinləşdiyi vaxtlarda hərbi vəziyyət  elan oluna bilər” Yeni Sabah

Əgər Azərbaycanın Ermənistan ərazilərini işğal etmək - baxmayaraq ki, o haqqa da sahibdir, çünki Ermənistan kadastr sənədi olmayan bir ölkə kimi Azərbaycanın tarixi torpaqlarında yaradılıb - belə bir mövqeyi var idisə, o halda Vətən Müharibəsi 44-cü gündə bitməzdi. Savaşın daha 5 gün, 10 gün, hətta daha 44 gün davam etməsi halında kadastr sənədi olmayan Ermənistan əraziləri də tamamilə nəzarət altına alınardı. Heç olmasa, bufer zona yaradılardı, necə ki, əksər müharibələr bu ssenari ilə yekunlaşır. Üstəlik, Ermənistandan Azərbaycana qarşı davamlı şəkildə təhlükə var idi və dinc sakinlərimiz atəşə məruz qalırdı.

Qərbi Azərbaycan, Ermənistan və Paşinyan

Yəni bütün bu kimi şərtlər Azərbaycanın əməliyyatı dayandırmaması üçün əsaslar yaradırdı. Amma dövlətimiz şərti sərhədlərdə ordunun dayanmasına göstəriş verdi. Bütün bunlardan sonra Nikol Paşinyan nə üçün belə təşvişdədir ki, “Qərbi Azərbaycan” ifadəsini hər dəfə hansısa təhlükəsizliyə təhdid kimi izah etməyə cəhd göstərir?

Bundan başqa, əgər doğrudan da Nikol Paşinyan Azərbaycanla həqiqətən sülhün əldə olunmasına və sülh sazişinin imzalanmasına hazırdırsa, o halda ilkin və əsas şərtin icrası - Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana, o cümlədən Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi - ilə bağlı nə üçün addım atmır?!

Eyni zamanda, İrəvan Zəngəzur dəhlizinin, TRİPP marşrutunun işə salınması ilə bağlı addımlardan yayınmaqdadır. Yaxud Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, hələ də Kərki kəndinin, o cümlədən Qazaxın üç kəndinin işğaldan azad olunması istiqamətində addımlar atmır. Yalnız indiki halda, müharibədən dörd il keçəndən sonra bu kəndin adının Kərki olduğunu deməklə sanki bir cəsarət nümayiş etdirir. Biz də bilirik ki, bu kəndin adı necə adlandırılır. Amma torpaqları işğaldan azad etmək üçün artıq konkret addımlar atmaq lazımdır.

Zəngəzur dəhlizi (TRIPP) yeni dövrə qapı açır

Yaxud da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Nikol Paşinyan nə üçün növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı münasibətlərdə zamanında bu təşkilatın Ermənistanın təhlükəsizliyini təmin etmədiyini, Ermənistan tərəfdən faktiki olaraq Azərbaycana qarşı vuruşmadığını iddia etməklə, bunu xatırlatmaqla, bu münasibətlərə son qoymaq, yaxud münasibətlərdə soyuqluğun yarandığını ifadə etdiyi barədə fikirlər bildirir?

Belə çıxır ki, Paşinyan əgər sabah KTMT növbəti dəfə Ermənistan tərəfindən açıq şəkildə Azərbaycana qarşı düşmənçilik mövqeyi tutarsa, o halda yenə də sülh nağıllarını bir kənara tullayacaq və yenə də “Qarabağ Ermənistandır” deyəcək?! Hər halda, ortaya çıxan qənaət bundan ibarətdir. Düzdür, Paşinyanın bu mövqeyində səmimilik heç zaman görməmişik. Necə ki, Avropaya üz tutduğunu iddia edən, avrointeqrasiya xəttini götürdüyünü bildirən Nikol Paşinyan nə Avrasiya İqtisadi Birliyindən, nə KTMT-dən çıxmaqla bağlı, nə də Gümrüdəki hərbi bazanı ölkəsindən çıxarmaqla bağlı cəsarətli addımlar atmaq niyyətində olmadığını nümayiş etdirir.

images (1).jpg (41 KB)

Bu günlərdə qaynana söyüşünə görə erməni biznesmenlə tutaşan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da alban kilsələri ilə bağlı ona verilən sualın cavabında özündə cəsarət taparaq “bu kilsələr Azərbaycana aiddir” deməyib, söz oyunundan istifadə edib. Yəni Azərbaycanı artıq bu kimi hansısa bəyanatlarla, bəhanələrlə, gəlişigözəl sözlərlə aldatmaq mümkün deyil.

Azərbaycan Prezidenti: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt  unutmayacağıq

Dövlətimizin başçısı xəbərdarlıq etdi: “Unutmayacağıq!”

Odur ki, Ermənistan rəhbərliyi proseslərə daha ciddi yanaşmalı və konkret addımlar atmaq istiqamətində, nəhayət, mövqe ortaya qoymalıdır. Əks təqdirdə, gəlişigözəl bəyanatlarla sülhə nail olmaq mümkün deyil!

Nəhayət, Nikol Paşinyan növbəti dəfə Qarabağdakı keçmiş separatçıların İrəvandakı oyunbazlığına reaksiya verib. Amma erməni separatçıların səsini kəsməyin tək yolu var. Onlar sülhə qarşıdırlarsa, cəzalandırılmalıdırlar. Vaşinqton razılaşmaları da bunu özündə ehtiva edir.

Eyni zamanda, ikitərəfli formatda əldə olunan razılaşmalardan da ortaya çıxan budur ki, sülhə qarşı mövqe sərgiləyənlər durdurulmalıdır. Yaxasına real Ermənistanın xəritəsini sancmış Paşinyan da söz oyunu ilə məşğuldur. Köçəryanı içəri atdıra bilir, Şahramanyanı, Beqlaryanı niyə susdura bilmir?

İrəvanda Qarabağ separatçılarının ofisində axtarışlar – “Nümayəndəlik”  bağlanır?

Deməli, ikili oyun oynayır. İrəvanın mərkəzində Qarabağ separatçılarının adına ofis mövcuddursa, bu, özü ciddi suallar yaradır. Bu, söz-söhbətin ortadan qaldırılmasının tək yolu var: bir neçə saatlıq əməliyyat tədbiri nəticəsində Şahramanyan və digərləri nəzarət altına alınır, eyni zamanda separatçıların İrəvandakı bütün yuvalarının qapısı qıfıllanır, məsələ bitir. Paşinyanın komandası oyunbazlıqlara son qoymalıdır, zaman gözləmir! Həm də sülhə gedən yol belə olmur, Nikol Paşinyan!!! Bir vaxtlar Cəbrayıla yol çəkmək istəyən də sən idin, unutmamışıq...Bu gün də sülhdən danış, amma mina xəritələrini gizlət, Azərbaycana qarşı mina terrorunu davam etdir, 4010 vətəndaşımızın taleyi barədə məlumat vermə, üstəlik də alban məbədlərinə iddia et, separatçılara ofis ver, konstitusiyanı dəyişmə, yeni silah-sursat al, ordunu gücləndir...

Azərbaycanın səbrini daşırmaqmı istəyirsən?!!

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30