Quba məzarlığı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin qanlı izlərindən biridir
30.06.2010 [10:19]
ölkə əhalisinin Quba məzarlığı - ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin qanlı izlərindən biri barədə geniş məlumata malik olması üçün müxtəlif təşkilatların xəttilə rayona səfərlər təşkil olunur. Bu məqsədlə iyun ayının 26-da Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon fəalları da Quba məzarlığına baş çəkiblər.
Məzarlıqla ümumi tanışlıq zamanı AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev məlumat verib ki, 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin aparıldığı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu tapılıb. Birinci quyunun dərinliyi 4.7 m, diametri isə 5 metrdir. İkinci quyunun isə dərinliyi 2, diametri 2.5 metrdir. Amma təəssüflər olsun ki, sürüşmə nəticəsində ikinci quyudan əsər-əlamət qalmayıb. Məzarlığın şərq-qərb hissəsində aparılan tədqiqatlar zamanı bəlli olub ki, o zaman buradan iki arx da keçirib. Antropoloqların rəyincə, quyulardakı sümüklərlə, arxlardakı sümüklər arasında fərqlər var. Yerli sakinlərin fikrindən sonra ekspertlər də təsdiqləyiblər ki, həqiqətən də, insanları əvvəlcə rayondakı çuxur hamamda buxarda boğublar, sonra isə quyulara atıblar. O vaxtkı dəhşətli erməni cinayətlərinin şahidləri də bu faktı təsdiqləyiblər. Qətlə yetirilən insanların sayının çox olması ikinci quyunun qazılmasına ehtiyac yaratmışdı. Ehtimallara görə, quyunu məhz, yerli insanların özlərinə qazdırıblar, sonra isə onları da qətlə yetirərək, arxlara atıblar.
Məlumat verilib ki, məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Müəyyənləşdirilib ki, qətllər zamanı ermənilər bir dənə də olsun güllədən istifadə etməyiblər. Bunu sübut edən bir neçə fakt var. Kəllə sümüklərinə nəzər saldıqda görürük ki,
- başın müxtəlif nayihələrindən balta ilə vurulmalar,
- bir və ya bir neçə zərbə vurmaqla başın bədəndən ayrılması zamanı xəncərlərdən istifadə,
- mismarlar vasitəsilə insanların başına əsasən, gicgah hissələrindən zərbələrin endirilməsi və s. hallar olub.
Qeyd edək ki, aşkar edilmiş insan cəsədlərinin sayı yalnız kəllə sümüklərilə müəyyən olunub. çünki, bədən sümükləri o dərəcədə qarışıb ki, onları ayırd etmək mümkün olmayıb.
Tarixdən bəlli olduğu kimi, 1918-ci ildə daşnak erməni canilərindən Stepan Şaumyanın xüsusi tapşırığı əsasında və Hamazaspın rəhbərliyi ilə ermənilərdən təşkil olunmuş 2000 nəfərlik hərbi dəstə 10 gün ərzində Qubada kütləvi şəkildə 10 min nəfərdən artıq dinc əhalini qətlə yetirib. Bu faktı isə həm Hamazaspın özü, həm də o zaman FHK-nın üzvü olan Novıtski yazışmalarında təsdiq ediblər. Tədqiqatlar zamanı, həmçinin, bəlli olub ki, məzarlıqda azəbaycanlılarla yanaşı, Qubada kompakt şəkildə yaşayan ləzgilər, tatlar, yəhudilər, avarlar və s. etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək kütləvi şəkildə basdırılıblar.
Göründüyü kimi, ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Quba məzarlığında həm tarixi, həm əyani vəhşiliyi sübut edən vasitələri görmək mümkündür.
Bu gün Azərbaycana səfərə gələn xarici qonaqlar, turistlər Quba məzarlığı ilə tanışlıqdan sonra ermənilərin necə vəhşi olduqlarını anlayırlar. AŞ PA-nın prezidenti Luis Mariya de Puç burada gördüklərindən dəhşətə gələrək demişdi ki, “Bu dəhşətli soyqırımdır. İnsanların vəhşicəsinə öldürülməsini öz gözlərimlə gördüm”.
Məlumat üçün bildirək ki, Quba məzarlığındakı ermənilərin qanlı izlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə muzey inşa olunacaq...
Məzarlıqla ümumi tanışlıqdan sonra Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova və YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva xatirə dəftərinə ürək sözlərini yazıblar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

