YAP Ağdam rayon təşkilatının XI hesabat konfransı keçirilib
07.09.2021 [09:18]
Sentyabrın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, bu gün öz sıralarında 760 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır və Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatına çevrilib.
A.Əliyev qeyd edib ki, hazırda YAP Ağdam rayon təşkilatı 66 ərazi ilk partiya təşkilatında 6942 üzvü birləşdirir. Onların 3120 nəfəri qadın, 1568 nəfəri isə gəncdir.
Sonra YAP Ağdam rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun üzvü Elməddin Abbasovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Mətanət Misirxanova, rayon təşkilatı Gənclər Birliyinin sədri Rauf Bəxtiyarlı, rayon təşkilatı Rayon Mərkəzi Xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Bəhram Qurbanov hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli, ölkəmizin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi YAP-ın inkişafında da yeni mərhələ başladı. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə, müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı və YAP bu missiyanı yüksək səviyyədə şərəflə yerinə yetirə bildi. Ona görə də Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir.
Ə.Tağıyev vurğulayıb ki, bu gün Azərbaycan tarixinin ən güclü, ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxan Azərbaycan dövləti 30 illik işğala son qoyaraq bölgədə və dünyada yeni reallıqlar yaradıb. İndi isə bu yeni reallıqlara uyğun qarşımızda yeni çağırışlar, vəzifələr durur.
Ə.Tağıyev YAP Ağdam rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Ağdam rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

