Hər bir ölkənin gələcəyi gənclərdən asılıdır
16.10.2019 [10:08]
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Füzulidə gənclərlə görüş keçirilib
Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Horadiz şəhərində gənc fəallarla görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, Milli Məclis Sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Horadiz şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub. Baş Nazirin müavini Əli Əhmədov və Milli Məclis Sədrinin müavini Bahar Muradova sonra Heydər Əliyev Mərkəzinin ərazisindəki internet kafedə gənclərlə söhbət ediblər.
Füzuli Dövlət Dram Teatrında keçirilən tədbirdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə qazanılan uğurlardan danışıb.
Baş Nazirin müavini bildirib ki, Azərbaycanın bugünkü inkişafı, çiçəklənməsi, qüdrətlənməsi, müasir məmləkətə çevrilməsi Heydər Əliyev siyasətinin həyata keçirilməsinin bilavasitə nəticəsidir. Həm Heydər Əliyev siyasətinin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili dayanır. Bütün əldə edilən uğurlar yalnız bir məqsədə - Azərbaycan vətəndaşının həyatını daha da yaxşılaşdırmağa xidmət edir.
Ölkəmizdə reallaşdırılan gənclər siyasətindən danışan Əli Əhmədov deyib: “Yeni Azərbaycan Partiyası gənclərə böyük inam və ümidlərlə yanaşır. Hər bir ölkənin gələcəyi onun gənclərindən asılıdır. Gənclər Azərbaycanda əhalinin tərkibində önəmli hissəni təşkil edir. Ona görə də gənclərlə bağlı siyasət gənclərin potensialının daha da artırılmasından, ölkənin inkişafı naminə bu potensialdan səmərəli istifadə edilməsindən ibarətdir. Azərbaycan gəncləri dövlətə, dövlətçiliyə, Heydər Əliyev siyasətinə, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən bağlı olan gənclərdir”.
Baş Nazirin müavini bildirib ki, son illər Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata keçirilir: “İnanırıq ki, Azərbaycanın gələcəyi daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər”.
Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən danışıb, gənclərə Azərbaycanın daha da qüdrətlənməsi, tərəqqisi və inkişafı yolunda mübariz olmağı arzulayıb.
Görüşdə çıxış edən gənclər də ictimai-siyasi proseslərlə bağlı fikirlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39

