Qarabağlı kəndinin seçiciləri Yeni Azərbaycan Partiyasına səs verəcəklər
10.12.2009 [10:24]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası davam edir. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin növbəti görüşü Salyan rayonu Qarabağlı kəndində baş tutub. Kəndin seçiciləri ilə görüş zamanı çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı gördüyü işlərdən danışıb. R.Cəbrayılov bildirib ki, yerli özünüidarəetmə orqanına-bələdiyyə seçkilərinə hazırlıq partiya üzvləri qarşısına ciddi vəzifələr qoyur: “Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı qarşıdan gələn bələdiyyə seçkilərinə çox ciddi hazırlıq görüb. Bələdiyyəyə namizədliyi irəli sürülən YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq, rayonda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının birləşməsi baş verib. Salyan rayonunda birləşməyə qədər 45 bələdiyyə fəaliyyət göstərirdisə, hazırda onların sayı 20-yə enib. Bu bələdiyyələrə ümumilikdə 198 üzv seçiləcək. YAP Salyan rayon təşkilatı tərəfindən bütün yerlərə namizədlər irəli sürülüb. İrəli sürülən namizədlərin hamısı rayonumuzda tanınan insanlardır. Əminəm ki, dekabrın 23-də Qarabağlı kəndinin seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və bununla da ötən beş ildə aparılan quruculuq siyasətinin davam etdirilməsinə səs verəcəklər”.
çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Gülhüseyn Əhmədov bildirib ki, YAP hər zaman xalqın inamını, etimadını doğruldub. Bələdiyyə sisteminin ildən-ilə inkişaf etdiyini söyləyən natiq qeyd edib ki, Azərbaycanda yerli özünüidarəçilik formasının cəmi 10 yaşı var. Bununla belə, 10 ildə görülən işlər az deyil: “Təbii ki, hələ görüləsi işlər qabaqdadır. Bu baxımdan, Yeni Azərbaycan Partiyası seçkiyə “Xalqa xidmət naminə” şüarı ilə qatılır. Yeni Azərbaycan Partiyasının namizədləri öz xalqının xidmətində durmağı ən böyük vəzifə sayırlar. Xalqımız isə bütün seçkilərdə göstərdiyi etimadla Yeni Azərbaycan Partiyasına inandığını nümayiş etdirib. Əminəm ki, dekabrın 23-də də bu inam bir daha nümayiş etdiriləcək və Yeni Azərbaycan Partiyası seçkidə qələbə əldə edəcək”.
çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Nizami Xudiyev qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qeydə alınmış namizədlərinin qələbə qazanmaq şanslarının böyük olduğunu deyib. Natiq bələdiyyə sisteminin artıq özünü təsdiq etdiyini bildirib: “Artıq insanların bu struktura inamı artır, onların səlahiyyətləri bəlli olur. Digər tərəfdən, Azərbaycanın inkişaf sürəti artır. ölkəmiz regionun aparıcı ölkəsidir və bu gün dünyanın əsas ötürücü qovşaqları Xəzər hövzəsindən, Azərbaycandan keçir. Bu amil ölkəmizin dünyada tanınmasında böyük rol oynayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla icrası Azərbaycanı istər keçmiş postsovet məkanında, istərsə də Avropada söz sahibinə çevirib. Dünya ölkələri Azərbaycanla əməkdaşlıq etmək istəklərini dilə gətirirlər. Bütün bunlar ölkəmizin, cənab Prezidentimizin uğurlarıdır. Mən inanıram ki, dekabrın 23-də seçiləcək bələdiyyələr regionların daha sürətlə və dinamik inkişafının təminatında xüsusi rol oynayacaqlar. Bunun üçünsə, xalqımız dekabrın 23-də seçki məntəqələrinə gedib Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməlidir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43

