Lənkəran seçiciləri seçkilərdə YAP-ın mütləq qələbəsinə inanırlar
09.12.2009 [10:11]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatı bələdiyyə seçkiləri ilə bağlı rayonun Nərimanabad qəsəbəsinin seçiciləri ilə görüşüb. YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar görülmüş işlər barədə geniş məlumat verib. YAP şəhər təşkilatının sədri qeyd edib ki, namizədliyi irəli sürülmüş partiya üzvləri ilə görüşlər keçirilib və onlar təşviqat xarakterli zəruri məlumatlarla tanış olub, maarifləndirmə işləri aparılıb.
YAP Lənkəran şəhər təşkilatı təbliğat-təşviqat qrupunun sədri Əlimərdan Əliyev isə bildirib ki, ötən müddət ərzində özünüidarəetmə orqanlarında namizədliyini irəli sürmüş YAP üzvləri ilə mütəmadi keçirilən görüşlər həddindən artıq səmərəli olub. Bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınmış şəxslər bu strukturların ölkəmizin ictimai-siyasi həyatında oynadığı rol haqqında zəngin bilik əldə ediblər.
Əlimərdan Əliyev onu da bildirib ki, yerli özünüidaretmə orqanları olan bələdiyyələr ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm rol oynayan strukturdur və bu quruma keçirilən seçkilərə hazırlıq partiya üzvləri qarşısında ciddi vəzifələr qoyur. YAP Lənkəran şəhər təşkilatı təbliğat-təşviqat qrupunun sədri Nərimanabad qəsəbəsinin seçicilərinin seçkilərdə həmişə fəal iştirak etdiklərini və dekabrın 23-də yerli özünüidarəetmə orqanlarına ən layiqli namizədlərə səs verəcəklərinə əmin olduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu YAP-ın hər zaman xalqa xidmət prinsipini prioritet saydığını qeyd edib və xalqın dəstəyi ilə partiyanın bütün seçkilərdə inamlı qələbə qazandığını xatırladıb: “Yeni Azərbaycan Partiyası 2009-cu il bələdiyyə seçkisi kampaniyasını “Xalqa xidmət naminə” şüarı altında aparır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və ölkəmizin sabitliyinin möhkəmlənməsinə səbəb olan, inkişafa təkan verən siyasi və iqtisadi islahatlar kursu yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə islahatların strateji hədəfləri ölkə vətəndaşlarının rifahının və yaşayış səviyyəsinin daha da yüksəldilməsinə, onların sosail həyatının zənginləşməsinə hesablanıb. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacaq”.
Hikmət Babaoğlu yerli özünüidarəetmənin demokratikləşməsi, bələdiyyələrin daha geniş fəaliyyət göstərməsi üçün onların səlahiyyətlərinin artırılması, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və digər tədbirlər barədə də danışıb. O, bildirib ki, Azərbaycanın inkişaf konsepsiyasının bütün istiqamətlərini özündə əks etdirən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da bələdiyyələrin fəal iştirakının təmin edilməsinə dair mühüm müddəalara yer verilib. Həmin tədbirləri yerinə yetirməklə yerli özünüidarəetmə orqanları ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynadığını təsdiqləmiş olacaqlar.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu seçkilərdə YAP-ın namizədlərinin böyük səs faizi ilə qələbə qazanacaqlarına əmin olduğunu bildirib: “Bu gün əhalinin sosial məsələlərinin həll edilməsi, onların ən yüksək infrastruktur xidmətləri ilə əhatə olunması YAP-a olan rəğbəti və inamı daha da artırır. Xalqın böyük sosial dayağına malik olan YAP-ın bələdiyyə seçkilərində inamlı qələbəsini şərtləndirən bir çox faktorlar mövcuddur, əsas amil isə xalqın partiyaya olan inamının ötən illər ərzində daha da möhkəmlənməsidir”.
Tədbirdə çıxış edən Nərimanabad qəsəbə sakini Zəminə Salayeva bildirib ki, bütün lənkəranlılar YAP-ın namizədlərini dəstəkləyir. Ona görə də bələdiyyə seçkilərində partiyanın inamlı qələbə qazanacağı şübhəsizdir.
Amil Həsənov isə deyib ki, qəsəbə sakinləri həmişə olduğu kimi dekabrın 23-də də yüksək aktivlik nümayiş etdirməklə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə qələbəsini təmin edəcəklər.
Digər qəsəbə sakini Ağanisə İbadova da YAP-ın namizədlərinin bələdiyyə seçkilərində qələbə qazanmaq şanslarının böyük olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

