YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16.07.2019 [09:42]
Lerikdə baş tutan “Yay məktəbi”nin ilk iki günündə müxtəlif mövzularda təlim və seminarlar təşkil edilib, idman yarışları keçirilib
İyulun 14-də Lerik rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb.
“Yay məktəbi”nin açılışı mərasimində Milli Məclisin deputatları Sevinc Hüseynova, İqbal Məmmədov, partiyanın məsul əməkdaşı Araz Xudadanov layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs ediblər.
Bildirilib ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Natiqlər gənclərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, YAP-ın İcra Katibliyinə minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimində layihə çərçivəsində nəzərdə tutulan seminarlar, təlimlər barədə iştirakçı gənclərə ətraflı məlumat verilib. Sonda gənclərin iştirakı ilə təşkilat komitəsinin və komandaların üzvləri elan olunub.
Günün sonunda təlim və interaktiv oyunlar keçirilib.
“Yay məktəbi”nin ikinci günündə YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Ramil Vəlibəyovun moderatorluğu ilə “Sosial şəbəkələrdən istifadə qaydaları” mövzusunda təlim keçirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Sonra “Heydər Əliyev gənclərin düşüncəsində - 50 il” mövzusunda müzakirələr aparılıb.
Çıxış edən Milli Məclisin deputatları Sevinc Hüseynova, İqbal Məmmədov, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və başqaları dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs ediblər. Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza bir-birindən əhəmiyyətli uğurlar qazandırır.
Müzakirələr zamanı vurğulanıb ki, gənclərə diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas istiqaməti olub. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Lider Heydər Əliyev gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almasının təşəbbüsçüsü olmuşdur. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə də gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib.
Çıxış edən gənclər də Ulu Öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara olan diqqət və qayğını yüksək qiymətləndiriblər.
Diskussiya şəklində davam edən seminarda gəncləri maraqlandıran suallar da cavablandırılıb.
Təlim və müzakirələrdən sonra gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirilib.
Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
“Yay məktəbi”nin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan “Yay məktəbi” davam edir.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

