YAP Nizami rayon TTSD ilk ərazi təşkilatının iclası keçirilib
08.12.2009 [10:04]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti (TTSD) ilk ərazi təşkilatının Heydər Əliyev ideyalarını uğurla davam etdirən Yeni Azərbaycan Partiyası sıralarına yeni üzvlərin qəbulu ilə bağlı iclası keçirilib. YAP Nizami rayon TTSD ilk ərazi partiya təşkilatının sədri Dünyamalı Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq aləmdə ən nüfuzlu siyasi partiya kimi tanınır və fəaliyyət göstərir. Partiyamızın dünyada gedən qlobal proseslərə təsir etmək imkanında olan dövlətlərdə fəaliyyət göstərən nüfuzlu siyasi partiyalarla əməkdaşlıq əlaqələrini qurması, iş birliyi həyata keçirməsi buna əyani sübutdur: “ötən illərdə YAP həm kəmiyyət, həm də keyfiyyət baxımından möhkəmlənib”. Bu gün hakim partiyanın sıralarında gənclərin çoxluq təşkil etməsi müsbət hal kimi qiymətləndirilir. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasəti dəstəkləyir, ölkənin tərəqqisi, inkişafı naminə üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək üçün ciddi səylər göstərirlər. YAP Nizami rayon Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti ilk ərazi təşkilatının yarandığı az müddət ərzində apardığı siyasi iş nəticəsində YAP sıralarına qəbul olmaq istəyənlərin sayı xeyli çoxalmışdır. İlk ərazi təşkilatına YAP sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edənlərin sayı günü-gündən artmaqdadır. Qarşıdan gələn bələdiyyə seçkilərində YAP üzvü kimi iştirak etmək istəyən 40 (qırx) nəfər vətəndaş ilk ərazi təşkilatına - YAP-ın sıralarına daxil olmaq üçün ərizə ilə müraciət etmişlər. Təşkilatın İdarə Heyətində bu ərizələrə baxılmış və 40 nəfər gənc YAP sıralarına qəbul edilmiş, onlara Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunmuşdur”.
YAP Nizami rayon Təlim, Tədris və Sertifikatlaşdırma Departamenti ilk ərazi təşkilatının sədri Dünyamalı Pənahov bələdiyyə seçkiləri ilə bağlı vurğulayıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə gedir: “ötən seçkilərdə olduğu kimi, budəfəki seçkidə də siyasi kampaniya zamanı gənclər yüksək fəallıq nümayiş etdirəcək. Rayon gəncləri ötən prezident seçkilərində və referendumda yüksək fəallıq nümayiş etdirmişdi. Əminəm ki, bələdiyyə seçkilərində də cəmiyyətin ən aktiv təbəqəsi kimi gənclərimiz aktiv fəaliyyət göstərəcəklər. YAP-ın potensialı, onu deməyə əsas verir ki, bələdiyyə seçkilərində YAP ən aparıcı partiya kimi qələbə əldə edəcək”.
ARDNŞ-in Sosial İnkişaf İdarəsinin YAP gənclər təşkilatı İdarə Heyətinin üzvü Eldəniz Həsənli YAP sıralarına qəbul olunanları ürəkdən təbrik edərək söyləyb ki, ölkənin ictimai-siyasi, iqtisadi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı tarixdən çox qısa zaman kəsimində xalqın etimadını qazandı, monolit, güclü quruma çevrildi: “YAP ümumxalq partiyasıdır. Təşkilat ilk gündən populizmdən uzaq olduğunu təsdiqlədi. Hər bir vədin arxasında konkret əməli işin dayandığının şahidi olan xalqda partiyanın gələcəyinə inam günbəgün artdı. Bu gün partiyanın 500 minə qədər üzvünün olması da buna əyani sübutdur. Təbii ki, bu, xalqın Heydər Əliyev siyasətinə, bu kursun gələcəyinə olan inamının, etimadının göstəricisidir. “Heydər Əliyevin qətiyyəti, Azərbaycan xalqının Onun ətrafında birləşməsi və Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkəmizi o çətin, ağır vəziyyətdən çıxardı. Dahi Heydər Əliyev ideyalarını sədaqətlə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmizdə uğurlu nailiyyətlər əldə olunur, insanlar firavan yaşayır, daha parlaq gələcəyə ilhamla və inamla addımlayırlar”.
İclasda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərdən İlham Kərimov çıxış edərək deyib ki, YAP sıralarına qəbul olmaq istəyən hər bir şəxs bilməlidir ki, məhz bu partiya Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: “Biz partiyanın Proqram və Nizamnaməsini qəbul edir və onun siyasi xəttini tam dəstəkləyirik. YAP Nizami rayon təşkilatının üzvləri qarşıdan gələn bələdiyyə seçkilərində də fəal iştirak edəcək, təbliğat kampaniyasını yüksək səviyyədə həyata keçirəcəklər”.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

